ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib
 

ABŞ Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı sanksiyaları növbəti dəfə genişləndirib.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Maliyyə Nazirliyinin yenilənmiş sanksiyalar siyahısına Rusiya baş nazirinin müavini, ölkənin sənaye və ticarət naziri Denis Manturov, Tatarıstan rəhbəri Rüstəm Minnixanov və iş adamı Sergey Adoniyev daxil edilib.

Həmçinin “Vaqner” qrupu ilə bağlı şirkətlər və şəxslərə, habelə gəmi təmiri müəssisələrinə də məhdudiyyətlər tətbiq olunacaq.

0.036133050918579