Bizi öldürüblər, xəbərimiz yoxdur

Bizi öldürüblər, xəbərimiz yoxdur
 

İdris Abbasov:
Artıq abellər, isalar, əhlimanlar, misirlər, onların vəzifə, biznes sahibi olan övladları və dostları haqqında gedən korrupsiya, rüşvət söhbətləri ilə maraqlanacaq halımız qalmayıb. Ali və orta ixtisas məktəblərindən, universitetlərdən tutmuş Elmlər Akademiyasına, Ali Attestasiya Komissiyasına və digər qurmlara qədər at oynadan qanun pozucularının, özbaşınalıq edənlərin və korrupsionerlərin cəzasızlığı üzündən zülm çəkirik.  

Qansoranların ucbatından ya ölmüşük, ya da canlı cəsədə dönmüşük. Halal yaşamağa yol qoymayıblar. Ən yaxınımızın yasına belə, gedə bilmirik! Yasa, toya, şənliyə getmək üçün abelsayağı, isavari, əhlimansov, misirfason rəhmsiz həyat tərzini seçməlisən.
Biz isə "tale" deyib bir qrup banditin əlindən ölümə xilas kimi baxmalıyıq.

Paralel.az

0.1205530166626