"Gəlir" yerləri qapanmaq təhlükəsi

 

İdris Abbasov:
Jurnalistin haqlı tənqidi akademşəbəkə üzvlərini yaman narahat edib. Diqqəti yazının həqiqi mahiyyətindən yayındırmaq üçün səfərbər olunan akademşəbəkə üzvləri aparıcının yazdığı kiçik feysbuk statusuna korrektorluq etməkdən ötrü sıraya düzülüblər. Biri deyir yazıda 3 hərf səhvi var, digəri deyir, yox, 4 hərf səhvi edib və s. Amma heç biri şəxsi marağını dövlət maraqlarına güzəştə gedib həqiqəti demir.
Demir ki, akademiyada Ana dilinin anasını ağladırlar, saxta dissertasiyalar, "fundamental" monoqrafiyalar yazıb qrant qıranlar dövlətin qolunu qırırlar.
Dilçilik İnstitutunun otaqlarındakı musiqi mərkəzlərinə "xod" verib milyonların mənimsənilməsinə, baş alıb gedən saxta kitab nəşrinə, dissertasiya istehsalına kar, kor və lal olan üləma şəbəkəsi düşüblər gerçəyi söyləyən bir jurnalistin üstünə. Nəbadə daxildəki sirlərin üstü açıla. Qorxurlar ki, institutda orfoqrafiya və "instrumental" orfoepiya sədaları altında yeridilən qara işlər gün işığına çıxar, "gəlir" yerləri qapanar.

Paralel.az

0.11061596870422