75 min dollar xərclədi, tamamilə dəyişdi
Cənubi Koreyadan olan müğənni plastik əməliyyata 75 min dollar xərcləyib və görünüşünü tamamilə dəyişib.
Paralel.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müğənni bunun onun populyar olmasına kömək edəcəyinə inanır.
Cənubi koreyalı gənc müğənni Park Seo Jin plastik əməliyyatın xərcləri ilə bağlı açıqlaması ilə pərəstişkarlarını heyran edib. Bir əyləncə şousunda o, xarici görünüşünü yaxşılaşdırmaq üçün təxminən 75 min dollar xərclədiyini detib. Sənətçi vurğulaib ki, dəyişməz qalan tək şey qulaqları və göz bəbəkləridir.
Park burun, göz və diş əməliyyatları, eləcə də saç transplantasiyası da daxil olmaqla çoxsaylı prosedurlardan keçib. Onun sözlərinə görə, hər bir prosedur elə planlaşdırılıb ki, yeni görünüşə keçid təbii görünür və köhnə ilə yeni görünüş arasında kəskin ziddiyyət yoxdur.
Plastik cərrahiyyə Cənubi Koreyada adi bir təcrübədir, media xəbər verir, xüsusən də əyləncə sənayesində. Bir çox sənətçi uğur şanslarını artırmaq və daha çox pərəstişkarı cəlb etmək üçün buna müraciət edir.