"Ukrayna Rusiya ilə nə vaxt və necə danışıqlar aparacağına qərar verməlidir"

 


"Paralel.az" "Ukrinform" a istinadən xəbər verir ki, bunu Almaniya federal hökumətinin mətbuat katibinin müavini Kristin Hofman bildirib.
“Almaniya hökumətinin mövqeyi dəyişməyib. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ukrayna Rusiya ilə sülh danışıqlarına nə vaxt və hansı şəraitdə başlamalı olduğuna özü qərar verir”, - Hofman qeyd edib.
O əlavə edib ki, Berlində onlar Ukraynanın prinsipial olaraq danışıqlara hazır olduğunu görürlər, lakin Rusiya tərəfinin belə bir istəyi yoxdur.
Hökumət nümayəndəsinin sözlərinə görə, Almaniya rəhbərliyi Rusiya tərəfi ilə daim təmasdadır.

0.021834850311279