Sahibkarlarla növbəti görüş Şamaxı rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Şamaxı rayonunda keçiriləcək
 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şamaxı rayonunda görüşü təşkil olunacaq. Aksiya Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında (Seyyid Əzim Şirvani küçəsi) baş tutacaq.

“Səyyar qəbul otağı” noyabr 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.024182796478271