Putin bu mərhələdə məğlub oldu

Putin bu mərhələdə məğlub oldu
 

 

Siracəddin Hacı:
- Zalım Putin oyun qurdu, Paşinyana və İlham Əliyevə təzyiq göstərdi, o, zəifləyir, tələsir, Güney Qafqazın Avropanın təsir məkanına daxil olacağının reallığını görür, qorxur;
- Soçi görüşündən öncə Paşinyanı erməni xalqına satqın kimi təqdim etdi, dedi ki, Paşinyan Vaşinqton planını qəbul etməyə hazırlaşır, o, bu planı imzalasa, Qarabağ Azərbaycanın suverenliyinə keçəcək;
- Paşinyan Putinin oyununu pozdu, dedi ki, Moskva planını qəbul edirəm, Qarabağda rus ordusunun qalma müddəti 10-20 il uzadılsın, Paşinyanın bu açıqlamasının hədəfləri var: Putinin erməni xalqını ona qarşı yönəltməsinin önünü kəsdi, Moskva planı Ermənistanın xeyrinədir, qəbul olunsa, Paşinyan zəfər qazanar, o, Azərbaycanı Rusiya ilə üzbəüz qoydu;
- Qeyd edim ki, Moskva planının iki əsas tezisi var: Qarabağın statusu qeyri-müəyyən müddətədək təxirə salınır, işğalçı rus ordusunun Qarabağda qalma müddəti uzadılır;
- Vaşinqton planının da iki ana ölçüsü var: Qarabağda Azərbaycanın suverenliyi bərpa olunur, Azərbaycan hakimiyyəti Qarabağ erməniləri ilə görüşür, onların hüquq və təhlükəsizliyini təmin edir;
- Putin İlham Əliyevə də təzyiq göstərdi: rus televiziyaları Kremlin sifarişi ilə “Dağlıq Qarabağ Respublikası”nı gündəmə gətirdi, Azərbaycanı hədələdi, Xankəndində mitinq təşkil etdi – bu mitinq həm də Paşinyana qarşı idi;
- Putinin qurduğu oyunun məqsədləri bunlar idi: a) Brüssel planı pozulsun, Moskva planı əsas kimi qəbul edilsin; b) Qarabağın statusu məsələsi gündəmə gətirilsin; c) İşğalçı rus ordusunun Qarabağda qalma müddəti uzadılsın;
- Putin bu məqsədlərin heç birini gerçəkləşdirməyi bacarmadı, İlham Əliyev dirəniş göstərdi, Putinin planı pozuldu. Putinin təxribatları davam edəcək, ancaq Brüssel danışıqlarını dayandırmaq imkanı olmayacaq;
Cəsur Ukrayna xalqının milli azadlıq mübarizəsinə bərəkət olsun!
Rədd olsun işağlçı rus ordusu!

Paralel.az

0.039807081222534