Rusiyanın növbəti oyunu...

Rusiyanın növbəti oyunu...
 



Xankəndidə ermənilərin keçirdiyi mitinqin arxasında Rusiyanın Azərbaycana qarşı növbəti oyunu durur. Utanmaz Rusiya bununla Soçi görüşü öncəsi, Azərbaycana demək istəyir ki, bax etnik erməni xalqı Azərbaycanın tərkibində yaşamaq istəmir və bununla Rusiya təsir etmə mexanizmlərinin yeni təməlini inşa etməyə cəhd edir.
Mitinqdə qaldırılan Rusiya bayraqları da sübut edir ki, bu işlərin arxasında Rusiyanın Azərbaycana qarşı , onun suverenliyinə qarşı təxribatları davam edir və Ermənistan Azərbaycan sərhədlərində sabitliyin təmin olunmasında, yekun sülh sazişinin bağlanması prosesində, kommunikasiyaların və regional münasibətlərin bərpası üçün, Brüssel platforması çərçivəsində əldə olunan razılaşmalara qarşı pozuculuq siyasətindən əl çəkmək niyyətində olmadığını qəti şəkildə ortaya qoyur.

Müəllif: Çingiz Şahbazi

Paralel.az

0.024332046508789