Qazax dilində də TikTok olacaq

Qazax dilində də TikTok olacaq
 



TikTok Qazaxıstanda rəsmi nümayəndəliyini açır. Astana və Almatı şəhərlərində ofislər qurur.
TikTok tətbiqi qazax dilinə də tərcümə olunacaq.
 Bu ölkənin rəsmi qurumları, xüsusən təhsil və mədəniyyət sahəsi ilə əlaqəli qurumlar TikTok platformasında qazax dilində faydalı kontentin yaradılması üçün, TikTok-dan biznes və marketinq üçün effektiv istifadə ilə bağlı işlərə başlayıblar.
Xatırladıram ki, TikTok bir müddətdir ki, ölkəmizdə müvəqqəti olaraq bloklanıb.
TikTok-un Şərqi Avropa üzrə rəsmiləri cari ayın əvvəli Azərbaycanda olublar və bir sıra görüşlər keçiriblər .
 Osman Gündüz

Paralel.az

3.6520419120789