Vyanada Ermənistanın müharibə cinayətlərini əks etdirən sərgi-aksiya təşkil edilib

Vyanada Ermənistanın müharibə cinayətlərini əks etdirən sərgi-aksiya təşkil edilib
 

BMT-nin Vyanadakı nümayəndəliyi önündə Ermənistanın müharibə cinayətlərini əks etdirən sərgi-aksiya təşkil edilib.
BMT-nin Vyanadakı nümayəndəliyi önündə Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və II Qarabağ müharibəsi dövründə törətdiyi müharibə cinayətlərinə həsr olunmuş sərgi-aksiya keçirilib.
Birləşmiş Millətlər meydanında təşkil olunmuş aksiya Avstriyadaki Azərbaycan icmasının təşkilatçılığı ilə gerçəkləşdirilib.
"Paralel.az" xəbər verir ki, sərgi-aksiyada Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olmasını, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almasını, Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlığı və Azərbaycan torpaqlarında basdırdığı minaları əks etdirən fotomateriallar nümayiş etdirilib.
Fotomateriallar “Ermənistan silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də mülki vətəndaşlarımıza qarşı misli görünməmiş qırğınlar törədib”, “Çoxsaylı müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Beynəlxalq təşkilatları müharibə cinayətləri törədən erməniləri qınamağa çağırırıq!”, “Ermənistanın təcavüzünü dayandırın!” kimi şüarlar və çağırışlarla müşayiət olunub.
Avstriyada yaşayan azərbaycanlı musiqiçi Ruhulla Əzizin kamançada ifa etdiyi həzin musiqi ilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin bütün qurbanları yad edilib.
Aksiya ilə maraqlanan şəhər sakinlərinə Ermənistanın müharibə cinayətləri barədə ətraflı məlumat verilib.avstriya gence (7).jpgavstriya gence (1).jpgavstriya gence (5).jpgavstriya gence (2).jpgavstriya gence (3).jpgavstriya gence (4).jpgavstriya gence (6).jpg

0.013950824737549