Osman Gündüz: "Yumşaq desəm, anlaşılmazlıq olub"

Osman Gündüz:
 

Ötən gün AzTV-nin "Çıxışa doğru" verilişində aktual və gündəm olan bir məsələ, kiber təhlükəsizlik mövzusu yenidən müzakirəyə çıxarılıb.
Xatırladıram ki, AzTV-nin canlı yayımlanan bu verilişi son zamanlar aktual mövzuları gündəmə gətirməsi və maraqlı tərəfləri cəlb etməklə müzakirə təşkil etməsi ilə diqqəti cəlb edirdi.

Amma bu dəfə nəsə, yumşaq desəm anlaşılmazlıq olub. 

Xatırladım ki, ondan bir gün öncə, 15 sentyabrda məhz ölkəmizə olan kiber hücum nəticəsində Asan Login sistemi çökmüş və dövlət əhəmiyyətli layihə, MİDA-nın onlayn satışı baş tutmamışdı.

Düşündüm ki, əgər mövzu qeyd olunandırsa və gündəm də dövlət qurumuna olan kiber hücumdursa yəqin elə həmin problem, MİDA məsələsi mütləq müzakirə olunacaq.
Çünki, dəvət olunanlardan birisi də, məhz sonuncu MİDA probleminə, təhlükəsizliyə cavabdeh dövlət qurumunun nümayəndəsi idi.

Amma verilişiin video linkinə daxil olub xeyli qurdalasam da bir kəlmə də MİDA probleminə rast gəlmədim.
Maraqlandıqda isə məlum oldu ki, verilişi hazırlayanlar bunu nəzərdə tutsalar da son anda imtina olunub.

Düzü, mənə də çox maraqlı gəldi ki, baş tutmayan bir dövlət layihəsinə müvafiq mövzu üzrə cavabdeh qurumu dəvət edib tam ayri bir məsələni müzakirəyə çıxarmaq necə ola bilər .
Növbəti verilişlərdə bu problemin müzakirəsinin nəzərdə tutulduğu bildirilib.

Maraqlıdır ki, geniş ictimai maraq doğuran, sosial əhəmiyyətli bu dövlət layihəsinin baş tutmaması, maraqlı tərəflərin mövqelərinin necə ola biləcəyi İTV-nin də diqqətini çəkməyib. 

Paralel.az

0.041166067123413