Ədliyyə Nazirliyi "E-qanun" milli qanunvericilik bazasının mobil tətbiqinin təqdimatını keçirib

Ədliyyə Nazirliyi
 
Osman Gündüz:
 
Bu gün Ədliyyə Nazirliyi "E-qanun" milli qanunvericilik bazasının mobil tətbiqinin təqdimatını keçirib.
 
İndiyədək E-qanun resursunun veb versiyası, e-qanun.az da ölkənin ən populyar və çox istifadə olunan, milyonlarla girişi olan resurslarından olub.
Əminəm ki, E-qanun mobil tətbiqi də çox populyar olacaq.
Nazirliyin dövlət-özəl tərəfdaşlığı çərçivəsində, CROCUSOFT şirkəti ilə birgə hazırladığı bu mobil həll yetərincə funksionaldır, çoxsaylı parametrlər üzrə axtarış imkanı var, sürətlidir, rahat və effektiv istifadə imkanları var.

Olduqca faydalı və gərəkli bir resursdur.
Təqdimat mərasimində Ədliyyə Nazirliyinin rəsmiləri daha bir neçə mobil həllərin də hazırlanması üzərində işlərin aparıldığını diqqətə çatdırdılar.
Yeri gəlmişkən, xatırladıram ki , Nazirliyin "Mobil notariat" resursu da hazırda bütün dünya azərbaycanlılarının istifadə etdiyi ən populyar və ən faydalı rəqəmsal həllərdən biridir.
Ədliyyə sisteminin rəqəmsal transformasiyası istiqamətində Nazirliyin səyləri təqdirəlayiqdir.
 
 
 
 
 
 
 
 
0.018913984298706