Kraliça vəfat edərsə, nə baş verəcək? - Dəfn mərasiminin DETALLARI illər öncəsindən hazırlanıb

Kraliça vəfat edərsə, nə baş verəcək? - Dəfn mərasiminin DETALLARI illər öncəsindən hazırlanıb
 

 

Səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminin detallarının illər öncədən planlaşdırıldığı açıqlanıb.

"Paralel.az" xarici mətbuata istinadən bildirir ki, 96 yaşlı II Elizabet vəfat edərsə, onun ölümünün elan edilməsindən bir gün sonra "London körpüsü" adlı plan qüvvəyə minəcək.

Bildirilir ki, hələ 2018-ci ildə Böyük Britaniya kraliçasının vəfatı halında baş tutacaq dəfn mərasiminin məşqi keçirilib. Bu plan həmin vaxt "Pavel kafedralı"nda keçirilən mərasimə qatılan kraliçanın halının pisləşməsindən dərhal sonra hazırlanıb.

"Daily Mail"in xəbərinə görə, adıçəkilən planın hazırlanmasında bəzi yüksək səlahiyyətli şəxslər iştirak ediblər. Plana görə kraliçanın ölümündən sonra 10 günlük matəm elan ediləcək.

Bildirilib ki, BBC Jurnalistika Akademiyasında aparılan hazırlıqlar zamanı həmin günlərdə efirə çıxacaq diktorların geyinəcəkləri paltardan tutmuş, verəcəkləri məlumatlara qədər bütün detallar öyrədilib.

BBC kraliçanın nekroloqunu yaydıqdan sonra dövlət himnini yayımlayacaq. Daha sonra isə bütün kanalların fonunda kraliçanın şəkli yerləşdiriləcək.

Dəfn mərasimi kraliçanın ölümündən 12 gün sonra həyata keçiriləcək. Bu 12 gün ərzində televiziya kanalları əyləncə proqramlarını efirdən yığışdıracaqlar.

Kraliçanın ölümünün rəsmi elanından sonra səsləndiriləcək emosional mahnıların da siyahısı hazırdır.

Aysel

0.021819829940796