İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq ?

İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq ?
 

 

Osman Gündüz:

Bəlkə də 20 ildən çoxdur ki, İKT sektorunda tənzimləyici qurum məsələsi müzakirə predmetidir. 

Yəni, ölkəmizdə bu  sektorda tənzimləmə, nəzarət, uçot,  idarəetmə və kommersiya səlahiyyətləri bir dövlət qurumunda cəmləşib. Qonşu ölkələrin əksərində bu tip problemlər uzun illər öncə öz həllini tapıb. Yəni, onlarda tənzimləməni ayrı qurum edir, siyasəti başqası formalaşdırır, kommersiya ilə özəllər məşğul olur və s.

Bizdə də belə bir qurumun yaradılmasının vacibliyi və fomalaşdırılması uzun illər bir çox  dövlət  proqramlarında, strategiyalarda nəzərdə tutulub, amma reallaşmayıb.

Nəhayət, bir il bundan öncə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdiirlməsi ilə bağlı Prezident fərmanı qəbul edildi.

Bu fərman əsasında ilk dəfə olaraq sektorda tənzimləyici qurumun- İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin yaradılması nəzərdə tutuldu. 

Eyni zamanda bu fərmanla RİNN yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradıldı.

Hər iki qurum uyğun sahələrdə uçot , nəzarət və tənzimləməni həyata keçirməlidir.

Amma üstündən bir il keçməyinə və adı çəkilən Agentliklərin müvafiq hüquqi sənədlərinin, Nizamnamələrin hazırlanmasına 2-3 ay nəzərdə tutulmasına baxmayaraq hələ də bu Agentliklərdən xəbər yoxdur.

RİNN  bu tip sənədlərin hazır olduğunu açıqlasa da görünən odur ki, qurumların formalaşması başa çatmayıb.

RİNN-in hazırladığı digər konseptual sənədlər kimi bu hüquqi sənədlərin də təsdiqlənməsi indiyədək reallaşmayıb.

Sektordakı problemlər isə çoxdur və getdikcə də artmaqda davam edir. 

Sektorun bir çox sahələrində  ciddi ləngimələr var.

Xüsusəsn də İKT sektorunda daha münbit şəraitin yaradılması və   tənzimləmə sahəsində, xidmətlərin keyfiyyətinə nəzarət sahəsində, operatorlar və provayderlər arasındakı münasibətlər və dövlətə məxsus rabitə resurslarından effektiv istifadə sahəsində uzun illərin yığılımış problemlərinin həllini sürətləndirmək üçün RİNN səylərini gücləndirməlidir .

Paralel.az

0.08400821685791