Məktəbimiz niyə tənəzzül edir?
Məktəb məzunlarının 2/3 hissəsi mümkün balların 1/5 hissəsini toplayıb, yəni 70% məzun 150 və daha az ball yığıb. Bu çox narahat edici siqnaldır. Bu siqnal hər qəbul imtahanından sonra eşidilir, amma reaksiya olmur. Ona görə də nəticə ilbəil aşağı düşür.
Yaxın 5 ildə universitetlərə 75 min qəbul planının olacağı gözlənilir. Bu halda 50 balla çox rahat şəkildə tələbə olmaq mümkün olacaq. 100 ball, 50 ball nə vaxtdan insan kapitalı olub?
150 ball yığan abituriyent ali təhsil proqramlarını heç cür mənimsəyə bilməz, heç vaxt onlardan keyfiyyətli kadr ola bilməz. Bu problemin həlli, məktəblərdə (xüsusən də 9,10,11-ci siniflərdə) tədrisin bərpasından, repetitorluğun ləğvindən keçir. Amma xeyli məmurlar var ki, bundan böyük miqdarda qazanc götürürlər. Belələri bu problemi həll etmək istəmirlər. Dünənki brifinqdə də çox təəssüf ki, bu haqda heç nə deyilmədi. Deməli növbəti illərdə vəziyyət daha da pis olacaq. 150 ball yığan abituriyentin yaxşı mütəxəssis olması şansı sıfıra yaxındır. İldə 4 milyard xərclədiyimiz təhsil sisteminin səmərəsi budurmu?