Keyfiyyətsiz təhsilin kütləviliyi kimə lazımdır?

Keyfiyyətsiz təhsilin kütləviliyi kimə lazımdır?
 

Dos. İlham Əhmədov:

Universitetlərimizə ilbəil qəbul planı artır. Bu iluniversitetlərə qəbul planı 50 mindən çoxdur. Bununyaxşı tərəfi odur ki, ali təhsillə əhatə edilən gənclərinsayı artır, ölkəni daha az abituriyentlər tərk edir. Alitəhsilin kütləviliyini təmin etməkdə distant təhsiləvəzedilməz texnologiuadır. Distant təhsilin keyfiyyətiisə, bu texnologiyadan yox, təhsilin məzmunu onundüzgün təşkilindən asılıdr.

Ənənəvi ali təhsili (yəni əyani təhsili) keyfiyyətsiz olanölkənin, heç vaxt keyfiyyətli ali distant təhsil olabilməz. Distant təhsil məhz keyfiyyətli ənənəvi təhsilinvirtual proyeksiyasıdır.

Son 15 ildə dünyada ali təhsil kütləvi xarakteralmışdır (hərçənd son 5 ildə kolleclərə axın tədricənçoxalıb). Əhalinin hər 100 min nəfərinə düşən alitəhsilli insanların sayına görə biz uzun illər ərzindəMDB- aşağı yerlər tuturduq. İndi qəbul planınınilbəil artması vəziyyəti gələcəkdə dəyişdirə bilər.

Məlum strategiyada (Azərbaycan 2030) qeyd edilib ki, ATM- gələcəkdə qəbul planı 75.000 olacaq.

Bu kəmiyyət artımı keyfiyyət artımına səbəb olabilərmi? İlkin Araşdırmalar göstərir ki, yox. Biz hələ azsayda tələbəni keyfiyyətli öyrədə bilmirik. Kəmiyyətartımı keyfiyyətə daha da pis təsir edəcək. Çünki, keyfiyyətin artması üçün zəruri layihələr edilmir. Biz təhsildə kəmiyyət artımına xüsusi hazırlıqlar görməlik. Əgər 5 ildə universutetlərə qəbul planı 50 % artacaqsa, bu çox ciddi problemlər yaradacaq. İndidən proqnozvermək olar ki, növbəti 5 ildə təhsil büdcəsiuniversitetlərdə təmir tikinti işlərinin yeni vüsətalmasına xidmət edəcək, bunun isə təhsilinkeyfiyyətinə aidiyyatı yoxdur.

Ali təhsilin Keyfiyyətinin yüksəldilməsi üzrəzəruri tədbirlərin aparılması eyni vaxtda AMEA institutlarının universitetlərə inteqrasiyası iri masştablıməsələdir, bu işlərin ETN-nin zəif komandasıtərəfindən keyfiyyətli icrası real görünmür (hər haldason 10 illik təcrübə bu qənaətə gəlməyə əsas verir).

Həm ölkədə  orta təhsilin keyfiyyəti yoxdursa, normal məktəb yoxdursa (repetitorluğun inkişafı bunugöstərir), onda ölkədə heç vaxt keyfiyyəli ali təhsil ola bilməz. 150 balla (5 ballı sistemlə  bu 1 ball deməkdir) universitetə gələn tələbə heç vaxt universitetproqramını mənimsəyə bilməz. Yəni təhsildəkiproblemlər bu 30 ildə o qədər sinergetik effekt yaradıbki, onu həll etmək çox çətin olacaq.

Hal hazırda ali təhsil haqqında qanun üzərində gedir. Bəziləri hesab edir ki, bu qanunun qəbuluvəziyyəti yaxşılığz doğru ciddi dəyişdirə bilər. Bu Qanunun qəbulu da heç nəyi dəyişməyəcək. Çünki, Qanun fəaliyyət mexanizmi deyil. Qanun müvafiqsahədə fəaliyyəti hüquqi olaraq tənzimləyir. Bunun alitəhsilin keyfiyyətinə təsiri az olacaq. Qanun sanki, yolhərəkət qaydasıdır. Bizə isə ali təhsil üzrə strateji yolxəritəsi lazımdır.

Ali təhsildə keyfiyyəti yüksəltmək üçünkeyfiyyətli ali təhsil siyasəti, onu icra edəbiləcəkkeyfiyyətli komandalar (nazirlikdə universitetlərdə) olmalıdır. Amma hələ bunlar yoxdur.

Paralel.az

 

0.023257970809937