İbni Sinanın"Qanun"u

İbni Sinanın
 

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev

500 ildən artıq bir müddət ərzində Buxara yaxınlığında anadan olmuş,sonsuz şöhrətə malik "Qanun"əsərinin müəllifi İbni Sina 10 yaşında Quranı və ədəbiyyat elmini öyrənsə də,daha çox tibb elminə dair bilik əldə etməyə davam etmişdir.

İbni Sina hələ gənc ikən qeyri adi iş qabiliyyəti ilə yaşıdlarından və ətrafındakı elm adamlarından fərqlənmişdir.
"...Mən bütün elmlərdə gücümü bilənə qədər və onları insan təbiətinin imkanı daxilində öyrənənə qədər bir gecə də olsun doyunca yatmamışam..."

"Qanun"beş kitabdan-tibbin ümumi prinsiplərinə həsr olunan fiziologiya,patoloğiya və gigiyenadan ibarət birinci kitab:3 və 4-cü kitablarda terapiya məsələləri,2 və 5-ci kitablarda dərman vasitələri və onların tətbiqindən danışılır.

Nəbzi bilmək diaqnoz qoymaqda mühüm vasitələrdən biri sayılmışdır.(İndi tibbi texniki avadanlıqlar diaqnoz qoyur,amma bəzən müalicə düzgün aparılmır)
İbni Sina yazıb:"Sağlamlığı qorumaq məharətinin əsası-sağlamlığa təsir edən səbəblərin əndazəsini gözləməkdir.
Həkimin böyük və daimi qayğı obyekti olması vacib sayılan həmin səbəblər yeddidir: Bədən quruluşunun bir qaydada saxlanılması;
qidanın və yemək rejiminin düzgün seçilməsi;bədənin artıq şeylərdən təmizlənməsi;bədən orqanları arasında tarazlığın saxlanılması;burun dəliklərindən içəri alınan hər bir şeyin təmizliyi;paltarın,habelə bədənin təmas etdiyi hər bir şeyin təmizliyi;müəyyən dərəcədə yuxu və oyaqlığın da daxil olduğu cismani və ruhi həyat arasında müvazinətin gözlənilməsi".
Ruhu şad olsun,buna nə irad bildirmək və yaxud əlavələr etmək olar?

"Qanun"da "...Sağlamlığın qorunması rejimində başlıca və mühüm məsələ fiziki hərəkətlərlə məşğul olmaqdır.Qida və yuxu sonrakı məsələdir.Fiziki hərəkətlərlə mötədil və vaxtında məşğul olan adama heç bir müalicə gərək deyildir...",-vurğulanır.
"Qanun" 1500-ci ilə qədər 15 dəfə latın dilində və bir dəfə qədim yəhudi dilində tərcümə edilmişdir.

Xəstələrin müalicəsi üçün"Qanun"da üç yol təklif olunur:rejim,dərman və müxtəlif proseduralar(hamam,təpitmə,qanaldırma və s)
Rəvayət edirlər ki,İbni Sinanı bir dəfə xəstə gənci müayinə etməyə çağırırlar.Gündən- günə solan bu gəncə heç kim kömək edə bilməmişdi.Şeyx şəhərə yaxşı və yaxından bələd olan bir adamı çağırmağı xahiş edir.Əlini gəncin biləyindən tutub barmağını onun nəbzinin üstünə qoyaraq həmin adama şəhərin küçələrini bir-bir sadalamağı tapşırır.Küçələrdən birinin adını eşidən kimi gəncin nəbzi tez-tez vurmağa başlayır.Sonra Şeyx həmin küçədə olan evləri sadalamağı xahiş edir.Müəyyən evin adı ğələndə gəncin nəbzi bir az da narahat döyünür.Sonra həmin evdə yaşayanların adlarını çəkmək xahiş olunur.Ailədəki bir qızın adı səslənəndə gəncin nəbzi həyacanla döyünür...Artıq şübhə yeri qalmır ki,gəncin xəstəliyi onun eşqə düşməsi imiş... Şeyxin məsləhətinə əməl edirlər...

Əziz izləyicilər!
Qarşıdakı aylarda pandemiyanın təhlükəli qiyafədə təkrarlanması haqda vətəndaşlara artıq xəbərdarlıqlar edilir."Qanun"da tövsiyə edilən rejimə və sağlamlığımıza təsir edə biləcək səbəblərin əndazəsini gözləməklə İnşAllah təhlükədən uzaq dura bilərik.
Tanrı millətimizi və xalqın vahidliyini qorusun!
Bədheybət xislətli düşmənlərimizi xar etsin!
Tanrı bizi ictimai mənəviyyata zidd hallardan və şeytani ehtiraslardan uzaq etsin!

0.0062148571014404