İsrail ordusu Dəməşqin cənubunu raket atəşinə tutub

İsrail ordusu Dəməşqin cənubunu raket atəşinə tutub
 

Noyabrın 10-da Suriyanın paytaxtı Dəməşqin cənubundakı Seyyidə Zeynəb ərazisində partlayışlar baş verib.

Paralel.az APA-ya istinadən xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) monitorinq mərkəzi İsrailin növbəti dəfə bölgəyə hücum etdiyini açıqlayıb.

Bölgədəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində azı 6 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığı bildirilir.

 

0.015022993087769