Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 


Tolstoy bunları deyir:

- Allahın rizasına uyğun yaşamaq istəyirsənsə, öncə Allahın səndən nə istədiyini təsbit et, bunun üçün oxu, anla, inan, ilahi dəyərləri həyatına daşı;
- Allahı anlamaq qəlbi fərəhləndirər, ümid, güc, cəsarət verər, hərəkətə keçirər;
- İnsanların sənə necə davranmalarını istəyirsənsə, onlara elə davran;
- Tolstoy deyir ki, işiniz düşəndə Allaha dua edirsiniz, ancaq Allahın buyurduqlarını yerinə yetirmirsiniz, utanmırsınız, bu, ikiüzlülük deyil, belə etmək bünövrəsiz ev tikməkdir;
- Sıxıntılar güclü insanları həyatın mənasını axtarmağa yönəldir, onları Allahın qapısına gətirir;
- İnanan insanlar bağışlayıcı olurlar;
- Allaha inanan insanın əlamətləri bunlardır: o, xeyri çoxaldır, mərhəmətli olur, bağışlamağı sevir, ədalət, azadlıq uğrunda çalışır;
- Ehtiyac sahiblərinə yardım etmək Allaha yardım etməkdir;
- Bilmək deyil, inanmaq, inandığını yaşamaq insanı dəyişdirər;
- Sevgi və anlayış insanları birləşdirər;
- Bir ananın ürəyindəki övlad sevgisinin dərinliyini Allahdan başqa kimsə bilməz;

Paralel.az
 
 

0.02425479888916