Freydə görə insanın hüzursuzluğunun üç səbəbi

Freydə görə insanın hüzursuzluğunun üç səbəbi
 

 

Siracəddin Hacı:

- Həzlə gerçəklik arasındakı ziddiyyət hüzursuzluğa yol açır – açması budur: insanın duyğuları, düşüncələri ilə davranışları arasında ziddiyyət varsa, iç çatışması başlayır, məsələn, insan qarşısındakının yalançı, əxlaqsız, saxtakar, cahil, rüşvətxor olduğunu bilir, ancaq fərqli səbəblərlə onu tərfiləyir, inanmadığı şeyi söyləyir, rola girir, zorla – inanmayaraq etdiyi şey qəzəbini, kinini artırır, basdırılan duyğular yox olmur, mənfi yükə çevrilir. Freyd deyir ki, inanmadığını söyləyən insanın bir az rahat olmaq imkanı da var: o, saxtakar, yalançı olduğunu boynuna almalı, deməlidir ki, mən təriflədiyim insanın əclaf olduğunu bilirəm, onu tərifləyən saxtakaram – bu halda, duyğular, düşüncələr ilə davranış arasındakı ziddiyyət ortadan qalxar, insan rahat olar, rüşvətxor mən rüşvətxoram deyər, iç savaşından qurtular – duyğu ilə davranış üst-üstə düşər;

- İnsan öz qiymətini sabit olmayan dəyərlərlə müəyyən etsə, hüzur tapmaz – açması budur: insan deyir ki, mən dəyərliyəm, belə ki, gözələm, zənginəm, saraylarım var, bahalı maşınlarda gəzirəm... bunlar insana həzz verər, ancaq bu həzlər hüzura çevrilməz, belə ki, sayılanların heç biri qalıcı deyil, dəyişkəndir, hər an yox ola bilər. Freyd deyir ki, hüzurun qaynağı heç zaman qiymətini itirməyən dəyərlərdir: ədalət, azadlıq, mərhəmət, paylaşmaq, vəfa, sevgi, doğruluq...;  
Freyd deyir ki, insan təbiətlə savaş halındadır, havanı, torpağı, suyu, çiçəyi, böcəyi, ağacı məhv edir, o, təbiətlə fitri bağını qoparmışdır. İnsan təbiəti öldürür, təbiət bunu bağışlamaz, mütləq intiqam alar. Alimin təsbiti budur: SAXTA İNKİŞAFIN BƏDƏLİ NEVROZLA – PSİXOLOJİ SIXINTILARLA / XƏSTƏLİKLƏRLƏ ÖDƏNƏCƏK – insan təbiətlə savaş deyil, uyum, barış halında olsa, hüzura qovuşar;       

Paralel.az

0.018010854721069