Dövlət Məşğulluq Agentliyinin sədri növbəti yalanı danışdı

Dövlət Məşğulluq Agentliyinin sədri növbəti yalanı danışdı
 

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli
qeyd edib ki, artıq bu günə qədər müharibə veteranları və şəhid ailələrindən olan 12 minə yaxın şəxs işlə təmin edilib:

“Onlardan 6 minə yaxınını özünüməşğulluq proqramına cəlb etmişik, 3 minə yaxın şəxsi işlə təmin etmişik, bir qrup şəxsi isə peşə hazırlıq kurslarına cəlb etmişik.

Hazırda proses davam edir. İndi biz bir qrup qazinin proqram təminatı üzrə peşə hazırlığı kurslarını davam etdiririk”.

Xalqın Agentlik rəhbəri Mustafa Abbasbəylinin dediklərini təsdiq etmək imkanı olmadığı hamıya məlumdur.

Azərbaycanda əhalinin məşğulluq proqramının nə qədər rəzil və simasız həyata keçirilməsi barədə kifayət qədər faktlar mediada və sosial şəbəkədə geniş yayılıb.

Minlərlə qaziyə verilmiş iri və xırda buynuzlu yarasız heyvanların yüksək qiymətə sənədləşdirilməsi, əvəzində veteranlara həmin qiymətdən 10-15 dəfə ucuz mal, qoyun-keçi verilməsi qeyd dəfələrlə olunub.

Yəni Agentlik rəhbərinin dedikləri yalandır və xalqı aldadıb sakitləşdirməyə hesablanmış uydurmadan başqa bir şey deyil.

Murtuza

 

0.018907070159912