Şəkinin Qumux kəndində vətəndaşların problemləri dinlənilib

Şəkinin Qumux kəndində vətəndaşların problemləri dinlənilib
 

 


"Ətrafda yerləşən bəzi kəndlər qazlaşdırılsa da, yaşadığımız Qumux kəndində uzun illərdir ki, təbii qazdan istifadə edə bilmirik. Xahiş edirik, bu görüşün nəticəsi olsun və bizim kənd mavi yanacaqla təmin olunsun".

Paralel.az xəbər verir ki, bu sözləri Şəki rayonunun Qumux kənd sakini Babək Cəfərov "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. Digər çıxış edən kənd sakinləri də təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev ölkə üzrə qazlaşdırılma prosesinin sürətlə və mərhələli şəkildə davam etdiyini bildirib. "Bunun nəticəsidir ki, artıq ölkədə abonentlərimizin sayı 2 milyon 400 min nəfəri ötüb" - deyə, qurum rəsmisi əlavə edib. Aksiyaya Qumux sakinləri ilə yanaşı, Cunut və Şin kəndindən də vətəndaşlar üz tutub. Onlar da təbii qaz olmaması səbəbindən qarşılaşdıqları çətinliklərdən söz açıblar. Daxil olan bütün müraciətlərlə bağlı Birliyin məsul şəxsləri yerindəcə izahatlar veriblər.
Məlumat üçün bildirək ki, görüşdə Birliyin məsul şəxsləri ilə yanaşı, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər.

0.028654098510742