Allahın güvən mesajı

Allahın güvən mesajı
 

Siracəddin Hacı yazır...

Allah insanla münasibətini güvən üzərində qurur, insanın ona güvənməsini istəyir. Bu məqsədlə:
- Allah Allahı tanıdır – tanımayan güvənməz;
- insana tanımaq imkanları verir – güvən tanımağa, tanımaq imkana bağlıdır;
- oxu/öyrən buyurur – öyrənməyən tanımaz və güvənməz;
- buyurur ki, KİTABIMDA şübhə yoxdur – şübhə güvəni yox edər;
- dəyişməyən ölçülər qoyur – ölçü yoxdursa, güvən də yoxdur, harada, nə zaman, nə edəcəyi bilinməyən Allah güvən verməz;
- buyurur ki, ölçülər əsla dəyişməz – dəyişkən olsa, güvən sarsılar;
- buyurur ki, ölçüləri həyatına daşı, yaşa, yerinə yetir – uğrunda bədəl ödəmədiyi, zaman, qaynaq, əmək xərcləmədiyi, tətbiq etmədiyi dəyərlər insana güvən verməz, onu qorumaz, böyütməz, inkişafa yol açmaz;
- məcbur etmir – məcburiyyət varsa, güvən yoxdur;
- seç buyurur – insan seçdiyinə güvənər, güvəndiyi üçün seçər;
- buyurur ki, Allaha güvənsən, güvənilən insan olacaqsan – mömin güvənən və güvənilən insandır;
Nəticə: Mömin öyrənən, tanıyan, inandığına şübhə etməyən, ölçüləri / dəyərləri olar, inandığını yaşayan, seçən, güvənən, güvənilən insandır. Mömin əsla dəyişməz, ancaq və mütləq gəlişər, hər an inkişafa açıq olar

Paralel.az

0.015011072158813