Şeirlərim dərsliklərə düşəcək - Elza
Əməkdar artist Elza Seyidcahan qalmaqala səbəb olan şeirlərindən danışıb.
Paralel.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni şeirlərinin dərsliklərə düşdüyünü deyib. Bu haqda "Həmin Zaur" verilişində bildirib ki, hətta imtahanlarda belə onun şeirindən sual qoyulur:
"Bu yaxınlarda mənə zəng vurdular ki, imtahana getmişdik. İmtahanda sual olaraq mənim şeirim olub. Həmin sualı tapdım da. Yadımda qalmayıb hansı şeirdir. Şeirlərim dərsliklərə düşəcək. İstəyərdim "Əşyalar" şeirimi kitaba salsınlar".
Seyidcahan şeir kitabının nəşr olunan bütün nüsxəsinin satıldığını deyib:
"Kitablarımdan qalmayıb. Oğlumun evinə gedib oradan oğurladım. Çünki özümdə belə yoxdur".