Gürcü oğlunun tərifli limonadı – onu Trumen də bəyənib, Çörçill də, Stalin və Beriya da
Ən yeni tarix. Maraqlı faktlar.
Onun resepti ilə hazırlanan sərinləşdirici işkilər təkcə SSRİ-də deyil, dünyanın bir çox ölkələrində məşhur olub.
“Laqidzenin suları” hətta Franklin Ruzveltin, Harri Trumenin, Uinston Çörçillin də süfrələrinə qədər gedib çıxıb.
Hər həftənin bazar ertəsi günü Gürcüstandan xüsusi hazırlanmış limonadlar Mərkəzi Komitənin rəhbərlərinə göndərilib, Stalin sadə, Kalinin portağal, Mikoyan limon, Xruşov armud limonadlarına daha çox üstünlük verib...
1869-cu ildə Kutaisinin Çolevi kəndində anadan olan Mitrofon Laqidze yeniyetməlik yaşlarından kənddən şəhərə qazanc dalınca gedərək Kutaisidəki apteklərin birində əczaçı köməkçisi işinə düzəlib. Aptek sahibi əlavə qazanc əldə etmək üçün arabir siropdan şirin içkilər hazırlayaraq yerli əhaliyə satıb.
Bu cür içkilərin hazırlanması Laqidzedə böyük maraq yaradıb. O, axşamlar evə qayıtdıqdan sonra müxtəlif otlardan və meyvələrdən istifadə etməklə sınaqlar aparıb.
Bu sınaqlar zaman-zaman öz nəticəsini verib.
Hazırladığı içkiləri əvvəlcə kənd uşqlarına satan Laqidze az sonra məhsuluna tələbatın artdığını görəndə yaşadığı evin zirzəmisində kiçik bir sex yaradıb.
Aylar keçdikcə Laqidzenin limonadları əvvəlcə kənddə, daha sonra isə ətraf yaşayış məntəqələrində məşhurlaşıb.
Artıq 1890-cı ildə Laqidze Kutaisidə, 1906-cı ildə isə Tiflisdə şəxsi limonad zavodlarını açıb.
Sovet hakimiyyəti qurulduqdan sonra yeni hökumət Laqidzenin təşəbbüsü ilə Tiflisdə limonad zavodu inşa edib və onu bu zavoda direktor təyin ediblər.
Zavod böyük gəlir gətirib. Sərinləşdirici işkilərin yeni çeşidləri Laqidzeyə böyük populyarlıq qazandırıb.
“Laqidzenin suları” zavodu SSRİ-nin digər bölgələrində olan zavodları arxada qoymaqla yanaşı, onların satışına da kifayət qədər mənfi təsir göstərib. Zavod direktorları Laqidze haqqında Mərkəzi Komitəyə çoxsaylı məktublar ünvanlayıblar, onu reseptləri gizli saxlamaqda “ittiham” ediblər ki, sovet dövründə qida məhsullarının, o cümlədən içkilərin reseptlərinin Moskvada müvafiq qurumlarda qeydiyyatı və təsdiqi mütləq şərt sayılıb.
Nəhayət, bu dedu-qodulara Moskvadan reaksiya verilib.
Lavrenti Beriya Laqidzeni Moskvaya çağırtdırıb. “NKVD” rəhbəri reseptlərin gizli saxlanılmasını ondan soruşanda Laqidze təbəssümlə cavab verib:
- Lavrenti Pavloviç, burada gizli bir şey yoxdur. Mənim bütün reseptlərim Qida Sənayesi Komissarlığında qeydiyyatdan keçərək təsdiq olunub. Bunu yoxlatdıra bilərsiniz. Mənim sirrim mənim ağız dadımdadır, mənim zövqümdədir.
Laqidzenin bu cür ötkəm danışığı Beriyanı qəzəbləndirib:
- Siz minimum şəraitdə bunu sübut edə bilərsiniz?
- Əlbəttə.
Təxminən 10-15 gündən sonra Laqidze yenidən Moskvaya çağrılıb. Ona bildiriblər ki, özü ilə hazırladığı limonadların inqridiyentlərini də gətirsin. Moskvaya çatdıqdan sonra Beriya onu Kremlə, Stalinin yanına aparıb. Birbaşa Stalinin kabinetində Laqidze minimum şəraitdə gətirdiyi inqridiyentlərdən adi sudan limonad düzəldib. Limonadın dadı həm Stalinin, həm də Beriyanın təəccübünə səbəb olub. Laqidze işi ilə bağlı kiçik biz izahat verib:
- Biz limonadın yeni bir növünü hazırlayanda mən cihazın yanında durub damcı-damcı onu yoxlayıram, hansısa bir maddənin artırılmasını, yaxud da azaldılmasını proses zamanı tənzimləyirəm. Bu proses o vaxta qədər davam edir ki, içki mənim zövqümə uyğun gəlsin. Zövqümə isə heç vaxt şübhə etməmişəm.
Həmkarları Laqidzenin “ilişəcəyini” düşündüyü halda, hər şey əksinə baş verib. Stalin məhz həmin görüşdən sonra hökumətə tapşırıq verib ki, “Laqidzenin suları” zavoduna istehsal gücünü artırmaq üçün əlavə vəsait ayrılsın.
Bütün dövlət tədbirlərində, rəsmi və qeyri-rəsmi ziyafətlərdə Laqidzenin içkiləri süfrələrin bəzəyinə çevrilib.
Yalta konfransında fasilə zamanı Stalin hollda Ruzvelt və Çörçilli Laqidzenin limonadına qonaq edib.
ABŞ prezidenti içkinin dadına baxdıqdan sonra dərhal yüksək fikir bildirib. Çörçill isə həmişə olduğu kimi sovet məhsulu haqqında xoş fikir bildirməyi özünə rəva görməyib.
Amma sonralar məlum olub ki, limonad britaniyalı baş nazirin olduqca xoşuna gəlib.
Stalin də bu haqda məlumatlı olub. Konfransdan sonra Stalin Çörçillin yanında Ruzveltə deyib ki, onun üçün 2 min şüşə müxtəlif çeşidli limonad sovqat qoyulub. Stalin bunu deyəndə Çörçillin pərt olduğunu dərhal anlayıb və onu “sakitləşdirib”:
- Narahat olmayın, sizin üçün də sovqat hazırlamışıq. Kommunistlər xəsis olmurlar.
1952-ci ildə Harri Trumen xüsusi reyslə Stalinə min şüşə “Coca-cola” göndərəndə sovet lideri amerikalı həmkarının bu “mehribanlığını” müsbət qarşılayıb.
O, öz ətrafındakıları da bu içkiyə qonaq edib və onlardan rəy öyrənib. Kreml məmurları Amerika içkisin bəyəndiklərini söyləyiblər. Bu məqamda Stalin öz fikrini onlara söyləyib:
- Biz də öz növbəmizdə öz içkimizlə ABŞ prezidentini təəccübləndirməliyik.
Həmin vaxt Laqidzenin 83 yaşı olub və onun ayaqlarında problem olduğundan hərəkət etməyi məhdudlaşıb. Moskvadan Gürcüstana Laqidzenin arxasınca Mərkəzi Komitənin bir neçə nümayəndəsi ilə bərabər həkim briqadası da göndərilib. Laqidze həkimlərin nəzarəti altında Moskvaya gəlib. Ona Stalinin tapşırığının nədən ibatər olduğunu agah ediblər.
Laqidze ən qısa müddətə klassik limonad növünün yeni reseptini hazırlayıb. Limonadlar qablaşdırılaraq Harri Trumenə göndərilib.
İçki ABŞ prezidentinin o qədər xoçuna gəlib ki, Trumen həmin limonadların Amerikada satışa çıxarılması haqqında məsələ qaldırıb. Amma Stalinin vəfatından sonra bu məsələ təxirə salınıb.
“Laidzenin suları” Stalinin hakimiyyəti dövründən sonra öz populyarlığnı itirməyib.
Leonid Brejnev Laqidzenin tərxun limonadlarından həmişə ağızdolusu danışıb.
Mitrofon Laqidze 1960-cı ildə 90 yaşında vəfat edib. Vəfatından sonra onun büstü qurucusu olduğu zavodun girişinə qoyulub, Gürcüstanda adına küçələr verilib.(c)
Paralel.az