"Qarasu" əməliyyat şirkətində işçilər çətin duruma düşüb
"Qlobal Enerji" şirkətinin tərkibindəki 5 şirkətdən biri olan Qarasu ƏŞ-nin bir qrup keçmiş işçisi SOCAR rəsmisi Rövşən Nəcəfə ərizə ilə müraciət edib. Paralel.az dia.az-a istinadla bu barədə xəbər verir.
Müraciətdə deyilir: “İşçiləri ixtisar etmək üçün və buna qanuni don geyindirmək üçün 01.08.2019-cu ildə yeni qazma şirkəti – “Şirvan Driling” şirkəti yaradılmış və V.O. Davlyatovun göstərişi ilə 20-30 il “Qarasu Əməliyyat” şirkətində və “ŞİRVAN OİL” şirkətində işləyən “Quyuların Yeraltı və Əsaslı Təmiri” (QYƏT) sexinin bütün işçiləri, digər sexlərdən isə bəzi işçilər məcburi (öz xahişi ilə keçmək üçün məcburi ərizə yazdırılıb) bu şirkətə keçirilmiş və cəmi 8 aydan sonra 01.05.2020-ci ildə Şirvan Driling” şirkəti bağlanıb.
İşçilər nə qədər təkid etsələr də, V.O. Davlyatov onları geri qaytarmaqdan imtina edib. İndi həmin işçilərin böyük bir hissəsi (200 nəfərə yaxın) çox pis vəziyyətdə işsiz qalıblar.
V.O Davlyatov QƏŞ-ə rəhbər təyin olunanda, QƏŞ-də neftin hasilatı 300 tona yaxın olub, bu gün isə QƏŞ-də neftin hasilatı 230 tona enib".
Paralel.az