Ruhdan düşmüş Putin

Ruhdan düşmüş Putin
 

 

Dadaş Əhmədli:
Dünən Rusiya prezidenti Vladimir Putin video konfrans rejimində bir sıra görüşlər keçirib. Rusiya Xarici İşlər Naziri ilə görüşdə Putin, Sergey Lavrovun İtaliyanın televiziya şirkətinə müsahibəsində onun (Lavrovun) nə üçün Adolf Hitlerin yəhudi qanının olduğunu söyləməsi ilə maraqlanıb. Lavrov, “deyirlər, belə versiyalar var” - deyə özünə haqq qazandırmaq üçün əsas gətirməyə çalışsa da, sonunda ağıllı bir şey ortaya qoya bilməyib. Görüş iştirakçıları əsas ona təəccübləniblər ki, Putin həm insidentin özünə, həm də Lavrovun bəhanələrinə çox passiv reaksiya verib. Putin sadəcə, mövzunu dəyişib və bir daha bu söhbətə qayıtmayıb. Amma bu mövzu Putinin güc blokunun rəhbərliyi ilə görüşü zamanı bir daha üzə çıxıb. Burada Nikolay Patruşev Lavrovun anti-semit bəyanatı mövzusunu qaldıraraq bildirib ki, Lavrov İsrail kəşfiyyatı ilə əlaqələri və İsrailin ona təhlükəsizlik zəmanətləri verməsi haqqında məlumatlar fonunda belə bir qalmaqalla özünü sığortalamağa çalışır.
Patruşev Hərbi Blokun rəhbərliyi ilə prezidentin arasında keçirilən iclasda da iştirak edib. Burada Putin hərbi rəhbərliyin təminatını alıb ki, təqdim edilən minimum hərbi planların dəyişməsinə baxmayaraq, 7 May tarixinə qədər Ukraynanın Donetsk və Luqansk bölgələrinin inzibati sərhədlərinə çatmaq üçün bütün planlar həyata keçiriləcək və hətta Moldovanın tutulması ilə geniş miqyaslı müvəffəqiyyətli əməliyyat keçiriləcəkdir. Putinin bu vədlərə inandığını söyləmək çətindir, son zamanlar o, məruzələri dinləmək və ya hesabatları oxumaqla, hərəkətlərdə, üsul və resurslarda heç bir məhdudlaşdırmaya yol vermədən yalnız nəticə tələb etməklə cəbhədə baş verənlərin təfərrüatlarına varmaq istəmir. Müharibədə uğursuzluqların başlanmaması və "İkinci faza"nın gözlənilən nəticələrinin olmaması onu qəzəbləndirir və o, dəfələrlə Hərbi Kəşfiyyat Xidməti rəhbərliyinin və Federal Təhlükəsizlik Xidməti rəhbərliyinin məruzələrini yarımçıq kəsib. Lakin dünən Putin depressiyaya düşmüş və hadisələrdən kənarlaşmış təsiri bağışlayıb, müzakirə olunan mövzulara münasibətini ifadə etmədən, sadəcə məlumatları dinləyib. Hətta, Putin video konfransını başa çatdığına işarə belə etmədən hərbi blokun rəhbərliyi ilə görüşü yekunlaşdırıb.
Bütün bu məlumatlardan hansı nəticəyə gəlmək mümkündür:
1. Rusiya prezidentinin səhhətində ciddi problemlər var və indi onu müharibədən daha çox özünün taleyi maraqlandırır.
2. Hakimiyyət daxilində yüksək çinli məmurlar Putinin səhhəti ilə bağlı məlumatlıdırlar və ən müxtəlif yollardan istifadə etməklə, ayrı-ayrı beynəlxalq güclərdən şəxsi toxunulmazlıq təminatı almağa çalışır, bəziləri isə vaxtı uzatmaqla X gününə hazırlaşırlar.
3. Təhlükəsizlik Şurası katibi Nikolay Patruşev müxtəlif kombinasiyalardan istifadə etməklə hakimiyyəti ələ keçirməyə çalışır.
4. Rusiya isteblişmentinin müharibədə qələbə əldə etmək gözləntiləri yoxdur və hakimiyyətdə mərkəzdən qaçma meylləri güclənir.
5. Vladimir Putinin cərrahi əməliyyata gedəcəyi ilə bağlı məlumatlar bir neçə mənbədən təsdiqlənir. Hətta, onun bu əməliyyatdan sağ çıxmayacağı ehtimalı da var. Belə olarsa, hadisələr tamamilə gözlənilməz istiqamətdə cərəyan edə bilər...

Paralel.az

0.036859035491943