Sahibkarlarla növbəti görüş Biləsuvar rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Biləsuvar rayonunda keçiriləcək
 



“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Paralel.az xəbər verir ki, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Biləsuvar rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Biləsuvar rayonu, S. Vurğun küçəsində (İncəsənət məktəbinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” mayın 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.016552925109863