Nizami rayonunda vətəndaşların müraciətləri dinlənilib - FOTO

Nizami rayonunda vətəndaşların müraciətləri dinlənilib - FOTO
 

"Sizdən qaz təchizatının dayandırılması haqqında göndərilən xəbərdarlığın səbəbinin aydınlaşdırılmasını xahiş edirəm". 

Paralel.az xəbər verir ki, bu sözləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəcəb Məmmədov SOCAR "Azəriqaz" İstehsalat Birliyinin paytaxtın Nizami rayonunda baş tutan növbəti "Açıq mikrofon" aksiyası zamanı bildirib.

"Azəriqaz" İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev ünvanlanan bu müraciətin araşdırılması ilə bağlı tapşırıq verərək, aksiyaya qatılan sahibkarlara qaz təchizatıyla bağlı qarşılaşdıqları problemləri rahatlıqla səsləndirmələrini xahiş edib.

Şahnaz Salehqızı

0.021174907684326