NİİM Baş Dövlət Yol Polisinin yoxsa DİN-nin rəqəmsal sektorunun kurasiyasında olacaq?

NİİM Baş Dövlət Yol Polisinin yoxsa DİN-nin rəqəmsal sektorunun kurasiyasında olacaq?
 

 

Osman Gündüz:
Bir müddət öncə Prezidentin imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti DİN-in tabeliyinə verilib. Bu qurum əvvəllər Bakı Nəqliyyat Agentliyinin tabeliyində olub.
Bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Namidan Piriyev NİİM rəhbəri təyin edilib.
Gözlənti o idi ki NİİM DİN-nin İKT ilə əlaqəli qurumun kurasiyasına veriləcək.
Əslində mahiyyətcə bu daha məntiqli və daha doğru addım olardı.
Hazırda NİİM -in rəqəmsal transformasiyasına, nəqliyyatın rəqəmsal həllər vasitəsilə tənzimlənməsinə ciddi ehtiyac var.
Qurum trafikin izlənməsi, ağıllı svetafor sistemi, naviqasiya sistemi və tıxaclarla bağlı rəqəmsal xəbərdarlıq sistemləri hazırlamalıdır.
Xatırladıram ki, DİN-nin Baş İKT İdarəsi yetərincə peşəkarlara malik struktur kimi tanınır. İAMAS və bir çox faydalı dövlət rəqəmsal həlləri də bu strukturun nəzarətindədir.
İstənilən halda, ümid edirəm Baş Dövlət Yol Polisi və Baş İKT idarəsi birgə nəqliyyatın həqiqətən də rəqəmsal idarəetmə sistemini qura biləcəklər.

Paralel.az

0.024208068847656