“Sahil Babayev ermənilərin sifarişini yerinə yetirir” – anadangəlmə əlil yazır

“Sahil Babayev ermənilərin sifarişini yerinə yetirir” – anadangəlmə əlil yazır
 

   

   İmişlidən aldığımız şikayət məktubunda  anadangəlmə əlil yazır:

    “Hörmətli redaksiya, anadangəlmə şikəstəm və bir il bundan əvvələ kimi dövlətdən təqaüd alırdım. Son bir ildə dəfələrlə həkim komissiyasından keçmişəm. Anadangəlmə əlil olduğum həkimlər tərəfindən sənədlərlə təsdiq olunub. Həmin sənədlər bir neçə dəfə elektron qaydada təsdiq olunmaq üçün vurlsa da, heç bir əsas olmadan “müalicə olunmalıdır” bəhanəsilə imtina cavabı gəlir.

     Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin günahı üzündən bir ildir dövlət təminatından məhrum olmuşam, valideynlərimin pensiyasının ümidinə qalmışam.

    Bu problemin həll olunması üçün çox düşünmüşəm, xeyli insanlarla dərdimi bölmüşəm və belə qənaətə gəlmişəm ki, nazir Sahil Babayev ermənilərin sifarişini yerinə yetirir”!

    Maraqlı haldır ki, ölkə əhalisi, media qurumları nazir Sahil Babayevin əlillərə qarşı törətdiyi cinayətləri barədə haray çəksə də, dövlət qurumları heç bir tədbir görmürlər və susmaqda davam edirlər.

    Aygün

0.01257586479187