Ramazan məktubları - VII məktub

Ramazan məktubları - VII məktub
 

Siracəddin Hacı:
Əziz atalar, analar! Övladlarınıza BAĞIŞLAMAQ – ƏFV ETMƏK mədəniyyətini bu ölçülərlə öyrədə bilərsiniz.
BAĞIŞLAMAQ:
- sənə edilən pisliyi, onu edəni UNUTMAQ deyil;
- sənə pislik edəni HAQLI çıxarmaq deyil;
- acını, onu sənə yaşadanı YOX SAYMAQ deyil;
- olanları GÖRMƏZDƏN GƏLMƏK deyil;
- qarşı tərəfə FƏDAKARLIQ deyil – bağışlamağın xeyri bağışlayana aiddir;
- sənə pislik edənlə UZLAŞMAQ deyil;
- qarşı tərəfi ÜZR İSTƏMƏYƏ məcbur etmək deyil;
BAĞIŞLAMAQ:
- yük atmaqdır – ağlında, duyğularında, qəlbində olan ağır yükləri ayağının altına qoymaqdır;
- zaman və duyğu israfının önünü kəsməkdir;
- duyğusal acılardan qurtuluşdur;
- gerçəklə üzləşməkdir;
- sizə acı verən bağı kəsməkdir;
- keçmişi deyil, anı – indini yaşamaqdır – keçmişdə yaşayanlar indini və gələcəyi itirərlər;
- kinin, nifrətin, acının yükündən azad olmaqdır;
- keçmişlə barışmaqdır;
- keçmişdə olanların indiki həyatını zəhərləməsinə izin verməməkdir;
- mənfi duyğuların səni deyil, sənin onları idarə etməyindir – duyğularına kölə olan idarə olunar, azad olan idarə edər;
- keçmişdə olanların həyatına yön verməsinin qarşısını kəsməkdir;
- zəiflik deyil, güclü olmaqdır;

Məhşur bir sözdə deyildiyi kimi: "Axmaq unudar və bağışlayar, kinli unutmaz və bağışlamaz, ağıllı unutmaz, ancaq bağışlayar"

Paralel.az

0.017055988311768