İcra hakimiyyətləri ləğv olunsun!

İcra hakimiyyətləri ləğv olunsun!
 

Bələdiyyələrə səlahiyyətlərini icra etmək imkanı verilsin

 Seckili orqan təyinailı qurumdan aslı vəziyyətdədir

 Artıq 23 ildir ki, yaradılan bələdiyyələrin hansı işləri həyata keçirməli olduqlarını, onları həmin vəzifəyə seçən vətəndaşlar deyil, yerli icra hakimiyyətləri müəyyən edir. Çünki icra hakimiyyətləri bələdiyyələrin səlahiyyətlərini tam olaraq mənimsəyərək, onları bütünlüklə özlərindən asılı vəziyyətə salıblar. Daha açıq desək, icra hakimiyyətləri bələdiyyələri heç bir səlahiyyəti olmayan icraçılarına çeviriblər. Buna əsas səbəb isə Azərbaycan qanunvericiliyində mövcud olan boşluqlar ziddiyətlərdir. Bələdiyyələrin səlahiyyətindən danışan hüquqşünaslar da qeyd edirləri ki, bələdiyyələrin vəzifəsi ondan ibarətdir ki, yerləşdiyi ərazinin daxili özünüidarəetməsini həyata keçirsin.

 Eyni zamanda, o da açıqlanır ki, qanunvericilikdə həmin ərazilərdə (bələdiyyələrin səlahiyyətində olan ərazilər nəzərdə tutulur) icra hakimiyyəti orqanlarının səlahiyyətləri nəzərdə tutulmayıb. Reallıqda isə biz görürük ki, bələdiyyələr faktiki olaraq yerli icra hakimiyyətlərindən asılı vəziyyətdədirlər onların göstəriş tapşırığı olmadan heç bir görmək səlahiyyətində deyillər. Əslində isə bu, qanunvericiliyin kobud şəkildə pozulması icra hakimiyyətlərinin bələdiyyələrin fəaliyyətinə müdaxaləsi kimi qəbul olunmalıdır. Çünki bələdiyyələrin vəzifəsi qanunla tənzimləndiyi halda, icra hakimiyyətlərinin vəzifə səlahiyyətləri prezident fərmanı ilə tənzimlənir. Bu da o deməkdir ki, icra hakimiyyətləri sadəcə olaraq, prezidentin yerlərdəki nümayəndələridir bələdiyyələrin fəaliyyətinə müdaxilə edə bilməzlər, sadəcə onların fəaliyyətinə nəzarət edə bilərlər. Amma bizdə vəziyyət tam əksinədir. İcra hakimiyyəti orqanları yerlərdə bütün səlahiyyətləri öz əllərində cəmləşdirərək, prezidentin onlara verdiyi səlahiyyətlərdən süi-istifadə etməklə, talançılıqla məşğuldurlar. Son illər ard-arda onlarla icra hakimiyyəti başçılarının rüşvətxorluq, məmur özbaşınalığı digər qanunazidd əməllərinə görə görəvdən alınması bəzilərinin həbsi , bunu bir daha təsdiq edir.

Mənim bu yazını yazmaqda məqsədim heç icra hakimiyyəti strukturların fəaliyyətini təftiş etmək deyil, buna səlahiyyətim çatmaz, zatən! Amma bir şeyi mütləq qeyd etməyi özümə borc bilirəm ki, artıq icra hakimiyyətləri strukturlarının onlara tapşırılan vəzifələrin öhdələrindən gələ bilmədikləri, hamıya bəlli həqiqətdir ölkəmizdə bələdiyyə institutunun formalaşmasının qarşısını alan bir maneə kimi ləğv olunmalıdırlar. 

Belə olduğu təqdirdə, bələdiyyələr öz üzərilərində müəyyən məsuliyyət hiss edər bu da ölkəmizdə bələdiyyə institutlarının formalaşmasına ciddi təkan verə bilər. Bunun üçün gec olsa belə, dövlət dəstəyi ilə xüsusi layihələr proqramlar həyata keçirilməli, xarici təcrübələr öyrənilməlidir. Ən əsas məsələ, bələdiyyələrin icra hakimiyyətlərinin «rüşvətyığanları» damğasından xilas etməkdir.

Azərbaycanda bələdiyyələrin sayı zaman-zaman azaldılsa da, mövcud say da normal sayıla bilməz. Təsəvvür edin ki, 80 milyon əhalisi olan qardaş Türkiyədə cəmi 1389 bələdiyyə fəaliyyət göstərdiyi halda, 10 milyon əhalisi olan Azərbaycanda 1600-dən çox bələdiyyə qurumu «fəaliyyət»göstərir. Mən hələ hər bir bələdiyyənin yanında olan yerli icra nümayəndəliklərindən danışmıram. Mən Avropa ölkələrindəki bələdiyyələrin fəaliyyətindən söz açmıram, çünki «Avropaya inteqrasiya» şüarı altında çabalar göstərsək , bizim oralara çatmağımıza hələ çox var. Hesab edirəm ki, bizə qardaş Türkiyənin bələdiyyə sistemini təcrübəsini öyrənmək yetər ki, öz fəaliyyətimizi doğru-düzgün qura bilək. 

Bir çoxları iddia edir ki, bələdiyyələrin normal fəaliyyət göstərə bilməməsinin əsas səbəbi onlara ayrılan maliyyə vəsaitlərinin çox aşağı səviyyədə olmasıdır. Bu iddiada həqiqət payı olsa da, qeyd etmək lazımdır ki, əgər bələdiyyələr normal fəaliyyət göstərən bir struktur kimi formalaşa bilsələr, yerləşdikləri ərazidə pul qazanmağın yollarını da tapa biləcəklər.

Məsələn, bu gün hansısa bələdiyyə ərazisinin məişət tullantılarının daşınmasını, hansısa bir şirkət həyata keçirir heç az pul qazanmır. Bunu bələdiyyələr özləri təşkil edə müəyyən vəsait əldə edə bilərlər. Dünyanın bir çox yerlərində, eləcədə Türkiyədə bələdiyyə uşaq bağçaları, məktəbəqədər tədris mərkəzləri var onlar nisbətən ucuz qiymətə bu işləri görür, eyni zamanda da müəyyən vəsait əldə etməklə əhaliyə xidmət göstərmiş olurlar. Əhalisi çox ərazisi geniş olan bələdiyyələr həmin ərazidə əhaliyə nəqliyyat xidməti göstərən strukturlar yarada bilərlər ki, bu da maliyyə vəsaiti qazanmağın bir yoludur. Bələdiyyələr icra hakimiyyətlərinin boyunduruğundan qurtulsalar, onların görə biləcəkləri işlər çoxdur tam əminəm ki, bir müddət sonra həmin bələdiyyələrin böyük əksəriyyətinin dövlətin yardımına da ehtiyacı olmayacaq.

Bu gün isə gördüyümüz müşahidə etdiyimi odur ki, icra hakimiyyətləri tərəfindən təyin olunan bələdiyyələrin işi (heç kimə sirr deyil ki, Azərbaycanda keçirilən bələdiyyə seçkiləri, əslində müşahidəçilərin gözündən pərdə asmaq üçün göstərilən məzhəkə-tamaşadan başqa bir şey deyil.) sadəcə olaraq ərazidəki torpaqları satmaq, əhalidən əmlak torpaq vergisi toplamaqdan ibərətdir ki, onu da düz-əməlli toplaya bilmir, çünki bələdiyyədən heç bir xidmət görməyən əhali torpaq əmlak vergisini ödəməkdən imtina edir.

Əlqərəz, necə deyərlər bərbad olur hər işimiz, səhv düşəndə yerimiz (şair Qabil isə bunu təxminən 50 il əvvəl belə demişdi: «Gərəksiz oluruq biz, səhv düşəndə yerimiz»...).

Qeyd etdiklərim onu deməyə əsas verir ki, acgözlükdə, xəbislikdə ad çıxaran icra hakimiyyətləri ləğv olunsun onların bütün səlahiyyətləri xalqın səsi istəyi ilə seçilən bələdiyyələrə verilsin. Dövlət isə həmin bələdiyyələrin fəaliyyətinə, sadəcə nəzarət etsin. Çünki, yuxarıda da qeyd etdiyim kimi, icra hakimiyyətləri strukturu, sovet dönəminin «raykom»larından fərqlənə heç olmasa bir addım irəli gedə bilmədilər. 

 Yusif Seyid

0.018609046936035