Qaçqının çörəyini yarı bölən məmurlar...

Qaçqının çörəyini yarı bölən məmurlar...
 

Rövşən Rzayev:
"Şəhərcikdə ev alırlar, lakin
məlum olur ki, o adamlar həmin
şəhərcikdəki evində yaşamır"

 Otuz ildir ki, "Azərbaycanın bir milyon qaçqını var" ifadəsini eşitməkdən qulağımız yağır olub. Əslində, hökumət bunu daha çox beynəlxalq təşkilatların böyük dövlətlərin eşidə biləcəyi tribunalardan deməli idi. Onların qulağını dəng etməli idi ki, problem otuz il uzanmasın. Lakin Azərbaycan hökuməti başqa yol tutdu - ölkədə bir milyon qaçqın olduğunu hər gün cəmiyyətin qulağı eşidən tribunalardan səsləndirdi ki, bizdən heç istəməyin, biz qaçqın məcburi köçkünlərin yerləşdirilməsi ilə məşğuluq. Bu ad altında otuz il dövlət məmurları xalqın büdcəsini söküb taladı.

 Hər hansı bir qaçqına ya köçkünə 15-20 min manata ev tikdilər, həmin evi yüz minə sənədləşdirdilər. Divarları qoşa daş əvəzinə tək daş hördülər, iki pay sement əvəzinə quma bir pay qarışdırdılar, dam örtüyünü bahalı örtükdən hazırlanması sənədləşdirildi, amma ucuz örtük materialından istifadə edildi s... Beləcə, bu otuz ildə "Azərbaycanın bir milyon qaçqın məcburi köçkünü var" ifadəsinin kölgəsində məmurlar milyardlarla kapital yığdlar. Heç olmasa, bu kapitalı ölkə daxilinə yatırmadılar ki, bundan öz vətəndaşlarımız bəhrələnə bilsin. Bilirsinizmi, kapital ağıllı insanlar üçün iqtisadi inkişafın bir vasitəsidir. Həmin o oğurluq kapital ölkə daxilinə yatrılsaydı, vətəndaşlarımız üçün yerləri açılar, xidmət istehsal sahələri genişlənər bu yolla xalqımıza iqtisadiyyatımıza töhfə verərdi. Amma acıgöz məmurlarımız xalqdan oğurladıqları vəsaitləri offşor zonalara daşıdı offşorlarda qeydiyyatdan keçirdikləri şirkətlər vasitəsi ilə Avropanın paytaxtlarında səfalı yerlərində daşınmaz əmlak aldılar. Avropa ölkələrinin hökumətləri son zamanlar bizim oliqarxların əmlakına əl qoymağa başlayıb. Daha doğrusu, onları oğurluqda şantaj edərək, xalqdan oğurladıqları pulları müsadirə edir dondururlar.

Yəni məmurlarımızın dünən qaçqının məcburi köçkünün, eləcə digər vətəndaşlarımızın boğazından kəsib yığdığı kapital, özünə nəsib olmur. Azərbaycan xalqından oğurlayıb anqlosaksonlara bağışlayırlar.

2001-ci ildə Ədliyyə Nazirliyində bələdiyyə sədirlərinin təkimləşdirilmə kursları təşkil edilmişdi. Bu sətirlərin müəllifi bələdiyyə sədri kimi həmin kurslarda iştirak edirdi. Kurslarda xaricilər mühazirə deyirdilər. Xorvatiyadan olan bir mütəxəssislə belə bir söhbətimiz oldu ki, Azərbaycanda qaçqın köçkünlərə xaricdən gələn hökumətin ayırdığı yardımlar oğurlanır. Auditoriyada hamı yekdilliklə ona bunun əksinə inandırmağa çalışsa da, xorvatiyalı mütəxəssis buna inanmadı dedi: "Ac adama göndərilən bir çörəyin yarısını, kim özünə sığışdırıb oğurlayar ki..?"

Yəni Azərbaycanda qaçqın məcburi köçkünlərə ayrılan yardımların oğurlanması o qədər adi hal alıb ki, bunu heç kim özünə əskiklik saymır. Qaçqın məcburi köçkünlərə onminlərlə mənzil tikilib təhvil verilib. Azərbaycan məmurları o mənzillərin daş-divarından bir qat kəsib, özünə varidat yığıb. Hələ bu da son deyil, daş-divarından kəsib haram-xoşluqla həzmi-rabidən keçirdikləri bu mənzilləri qaçqın məcburi köçkünlərə havayı verməyiblər - pulla satıblar. Ona görə , tikilən şəhərciklərin sakinlərinin böyük əksəriyyəti imkanlı qaçqın köçkünlərdir. İmkansızlar bu şəhərciklərdən ev ala bilməyib, ona görə ki, onların rüşvət verməyə pulu olmayıb. Məhz bu səbəbdən , ölkənin bərbad vəziyyətdə olan ictimai binalarında dözülməz şəraitdə yaşayınlar kasıb qaçqın məcburi köçkünlərdir. Bu məsələ Azərbaycan cəmiyyətində hamıya gün kimi aydındır. Bununla belə, bu günlərdə mediada çox maraqlı bir açıqlama yayıldı.

Belə ki, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qeyd edib ki, məcburi köçkünlər arasında öz mənzili olan, mənzili başqa adamın adına keçirib, şəhərcikdə ev almaq üçün yataqxanada yaşayanlar var: "Eyni zamanda şəhərcikdəki evini kirayə verənlər var. Şəhərcikdə ev alırlar, lakin məlum olur ki, o adamlar həmin şəhərcikdəki evində yaşamır".

Sədir əlavə edib ki, şəhərcikdə yaşamayanlarla bağlı məhkəmələrdə 510 var. Komitə sədri deyir ki, həmin mənzillər müxtəlif müşahidələr nəticəsində təsdiqlənib ki, boşdur, heç kim yaşamır, ona görə mənzillər onlardan alınıb, ehtiyacı olan qaçqınlara veriləcək.

Çox gözəl, cənab sədir, bunu bacarsanız çox böyük görmüş olarsınız. Amma bu, o qədər asan deyil, çünki həmin adamlar bu mənzilləri havayı almayıb, rüşvət verib. İnşəallah, məhkəmə prosesində bu məsələlərin hamısı açılacaq. Camaat min-bir əziyyətlə topladığı pulu rüşvət verib özünə mənzil alıb, istəyər orda yaşayar, istəməz yaşamaz... Bu artıq sizinlə qaçqınlar arasında çözülməli məsələdir.

Ancaq məsələnin digər tərəfi açıq qalır axı - qaçqın evi ola-ola, qeyri-qanuni ev alıbsa, bunu ona nəyinsə müqavilində bir məmur verib. Bəs, o məmurların cəzası olacaq? Bəli, məsələnin kökü elə burdadır. Biz səmimiyiksə, əslində qaçqınlara rüşvət müqabilində mənzil verən, rüşvətə görə növbələri pozan, kasıbların haqqına girən məmurları ifşa etməliyik. Əkis təqdirdə, həmin məmurlar bundan sonra da işğaldan azad edilmiş ərazilərdə mənzil torpaq satmaqla məşğul olacaq. Şəxsən bizə son 15 ildə növbədə olub mənzil ala bilməyən yüzlərlə qaçqın məcburi köçkün şikayət ünvanlayıb. Araşdıranda görürsən ki, növbədə bu adamdan sonra olan yüzlərlə qaçqın ev alıb, amma bu, hələ zirzəmidə yaşayır. Villası olan qaçqın şəhərçikdən hər övladına bir ev alıb, amma zirzəmidə yaşayan ailə hələ heç bir ev almayıb. Belə nümunələr hazırda minlərlədir bu mənzərənin müəllifi başda sabiq sədr Əli Həsənov olmaqla komitənin dəllal-məmurlarıdır. Onları vəzifədən kənarlaşdırmaq azdır, belələri cinayət məhsuliyyətin cəlb edilməli layiqli cəzasını almalıdır. Əslində heç hazır ki,sədr süddən çıxmış  qaşıq deyil... 

 Akif Nəsirli

0.01646900177002