Adi və qeyri-adi...

Adi və qeyri-adi...
 

Başlıqdan danışım öncə. Ən adi məntiqlə, baş olmasa, qalanları da mövcud olmaz. O mənada, həyatın hər dönəmindəkiadi qeyri-adiliklərdən bəhs edərək, onların mahiyyətindən danışaq. Həmişəki kimi, danışaq, bəlkə kiminsə diqqətini çəkib,  əməl edən olar.

Əməl demişkən, bir çoxlarının qeyri-adi əməlləri belə, artıq kiməsə maraqlı deyil, kiməsə təəccüblü gəlmir. İnsanlar elə bil, dünyada görüb-görəcəklərini bəribaşdan yaşayaraq, görərək, onu sıradan, adi bir məsələ kimi qarşılayır. Qarşılamaqdan başqa, adicə, rahatca da qəbul edir. Elə bil ki, adi yaxud qeyri-adi olan varsa, o, baş verməli, onun baş verməsinə rahatca tamaşa etməli ötüb keçməliyik. Əl yelləməyi bura əlavə etsəm, tam laqeyd bir mənzərə alınar.

Misallardan danışsam, məsələ, elə yazı da uzanar. Lakonikliyə əməl etmək şərtilə, söyləməyi lazım bilirəm ki, hardasa, bir neçə öncəyə qədər el-aləm arasına çıxarılmayan, necə deyərlər,  mental dəyərlərə xatirdərinə gömülənbəzi məsələlərdən danışmaq, onu külli-aləmə göstərmək indi sıradan bir hadisəyə çevrilib. Yəni bu kimi məsələlər hadisə səviyyəsində deyil, adi bir söhbət mövzusuna qədər ucuzlaşdırılıb. Ya da ki, adamlıq, insanlıq o qədər ucuzlaşıb ki, əvvəllər qəbul etmədiyimiz, eşitməmək üçün qulaqlarımızı qapadığımız məsələlər normal qəbuledilməzliyin həddini, sərhəddini tanımır. Adi görünsə , qeyri-adiliyin sadə bir nümunəsi.

Bir vaxtlar insanların ciddi-cəhdlə gizlətdiyi, elə indinin özündə buna müsbət prizmadan yanaşılmayası gərəkən bəzi məsələləri, misal üçün, hər mənada olan pis vərdişləri hazırdaqəhrəmanlıqkimi qələmə vermək halları çoxalıb. Bizə gələn məlumatlardan birində həmin pis vərdişin ən qorxulusundan, təhlükəlisindən əziyyət çəkən ailə özündən savayı, yaşadığı binanın  bütün sakinləri üçün  cəhənnəm əzabı yaradıb. Əvvəllər bu vərdişdən müalicə olunmaq, ondan qurtulmaq çabaları da daimi effekt verməyəndə, naçar qalıb onunlabirgəyaşayışa başlayıblar. Nəticədə, bütöv bir binanın sakinləri üçün real təhlükə mənbəyi qeyri-adilikdən  adi bir mərhələyə keçib. Buna normaldan çox-çox uzaq, anormal bir yanaşma, yaşamaq demək daha düzgün olar.

Eşidib-gördüyümüz məlumatlardan biri paytaxtda mövcud olan, baxımsız qalan tikililərin pis vərdiş sahiblərinin sığınacaq yerinə çevrilməsidir. Belə məkanlar haqqında vaxtaşırı məlumatlar səsləndirilir, amma bu, sayca bir-iki deyil,  ona görə həmin adamlar çıxarıldıqları yeri tərk edincə, təbii ki başqa bir məkan axtarışında olurlar. Adi halda, elə məkanlar hansısa təyinat üçün istifadəyə yararlı hala salınmalı, ya da sökülməlidir. Məntiqlə belə olmalıdır. Amma kimdir buna, adi məntiqə baxan?!

Deməli, bu kimi problemli, həyati əhəmiyyətli məsələlərə adi baxmaq, onu adi qarşılamaqdandır ki, vaxtaşrı belə yerlər, məkanlar göstərilir, haqqında danışılır ... susqunluğun nəticəsində o, var olmaqda, qalanları da elə pis vərdiş qədər yoluxdurmaqda davam edir.

...Davamiyyət təhsildə ona gərək duyulan qeyri sahələrdə qədər önəmli hesab olunsa, müsbət qarşılansa da, bəhs etdiyimiz məqamlarda onunqaibinin çox olmasını istərdik.

Bu yazı isə kiməsə dərs keçmək deyil, təəssüfdən yoğrulan bir mövqedir - ətrafımızdakı anormal baş verənlərə, qeyri-adiliyi adilik kimi, adiliyi isə əksinə təqdim edənlərə münasibətdə...

 Nigar Orucova

0.015166997909546