Düşünən insanların oyanışı başlanacaqmı?

Düşünən insanların oyanışı başlanacaqmı?
 

Yasəmən Qaraqoyunlu: 
Demokratiya xalqın seçimidirsə Pakistan xalqı İmran Xanı dəstəkləyir. Pakistanda xalq siyasi iradə ortalığa qoyur. O halda nədən Amerika Pakistanda demokratiyanı pozdu, xalqın iradəsini istəyini heçə sayaraq öz adamını hakimiyyətə gətirdi. Bəs modernizmin əsas ilkəsi olan "xalqların iradəsi" qavramı nədən yozlaştırılır.
Amerika Orta doğuda xalqın iradəsi ilkəsini heçə saydı.
Amerika Pakistanda demokratiyanı pozdu.
Amerika Pakistan xalqının seçimini, səsini, iradəsini əzdi.
Amerikanın Pakistanda nə işi var?
Demokratiya anlayışının əleyhinə deyiləm, demokratik düzəni dəstəkləyirəm. Lakin demokratiya anlayışının sömürü düzəninin aracına, alətinə çevrildiyini dostlarıma bir türlü anlata bilmirəm. Koalisiya hökümətləri Sömürü düzəninin bir aracı. Orta doğu ölkələrinə fəlakət gətirir...
Bütün orta doğu, Asiya, Afrika xalqları, bütün sömürü ölkələri oyanmaqdadır. ABD-AB imperializmi, sömürü düzəni duraqlama və çöküş dönəminə girmişdir. Sömürü düzəni XVIII əsrdən etibarən bəşəriyyətə fəlakət gətirmişdir, bütün mədəniyyətləri, xalqları ölkələri dağıtmış dəyiştirmiş, parçalamış, yeni yapay kimliklər, dövlətciklər, dillər yaratmışdır, planetin ekoloji durumuna böyük zərər vurmuşdur. I və II dünya müharibəsinə səbəb olmuşdur, milyonlarla insan həyatına son vermişdir. Bu sömürü düzəninin adını mədəniyyət qoymuşlar, oysa ki tam bir barbarlıqdır. 500 il davam edən bir barbarlıq. Bu sömürü mədəniyyətində Allah, Təbiət, İnsan ölmüşdür.
Bunu 500 illik Batı mədəniyyətini, fəlsəfəsini, elmini, ruhunu dərindən, çox dərindən incələyəndə görmək mümkündür. Tarixdə Heç bir mədəniyyət bəşəriyyətə bu qədər fəlakət gətirməmişdir. İnsan mənəviyyatı heç zaman bu qədər yozlaşmamışdır.
Batı mədəniyyəti kürəsəl mədəniyyətdir. Bütün insanlığın ruhunu və ağlını, düşüncəsini zəbt etmişdir, planet Batılılaşmışdır, Batı mədəniyyəti fazasını yaşamaqdadır. Lakin planetdə oyanış fazası dönəminə keçilir. Oyanış başlanır.
Türk düşməni Batı mədəniyyəti
İslam düşməni Batı mədəniyyəti və onun bir parçası, uzantısı olan Rus mədəniyyəti
Hind düşməni, Çin düşməni, Afrikalıların düşməni, bütün ötekilerin düşməni-ABD, AB, Rusiya. Doğu və Batı Romanın uzantıları.

Bu gün bizə nəyi təlqin edir NATO?
Çin olmasın
İran olmasın
Turan olmasın
Afrika dirilməsin
Türkiyə 3 dövlətə parçalansın
Ərəb yarımadası 22 kukla dövlətə parçalansın
Slavyanlar Avropaya inteqrasiya olunsun
Və saçmalıqlar.
Və bu saçmalıqların, irqçiliyin aləti olan bizlər.
Bu alternativləri linc etmək, öldürmək deyilmi? Bu cinayət deyilmi? Bu yaradılış ilkələrinə zidd deyilmi?
Biz bircə gün qalxıb deyə biləcəyikmi ki, Amerikanın Çinə, Hindistana, İrana, Suriyaya, Rusiyaya açtığı savaşlar bizim savaşımız deyil.
Amerika nədən Çindən bu qədər qorxur? Çünki Amerikanın köksüz və kosmopolit yapısı Çin fəlsəfəsi və dərin tarixi ənənələri qarşısında zəifdir. Bax bunu bilir. Rəqabətdə uduzur. Hətta Çinlə savaşı udsa belə, Çin ruhuna və mınəviytatına qalib gələ bilməz.
Biz Rusiyanın çürük mədəniyyətindən və dilindən, aşağılıq kompleksindən nə zaman qurtulacağıq.
Bütün dirənişlər şəxsiyyətdən, düşüncədən başlanır. Bütün dirənişlər ruhdan başlanır.
Demokratiya, Avtokratiya oyunları ilə başı qatılan, aldadılan bizlər nə zaman diriləcəyik? Ruhun dirilişi. Başlanacaq. Sorğulamaqla.
Orta doğuda bütün diktatorları ABD-AB seçmişdir. Diktatorlar öz ölkəsinin sərvətlərini sömürüb ABD-AB ölkələrinə verən aracdır, alətdir.
Orta doğuda, Afrikada, Asiyada dövlətlər oyuncaqdır, xalqlar kölədir, bu dövlətlər İngiltərənin, Fransanın, ABD-nin holdinqləridir. İctimai rəyi bu ölkələr yönləndirir, medya qurumlarını və partiyaları bunlar qurur. 500 ildir Bu sömürü düzəninə alternativ fəlsəfə, düşüncə, fikir, konsepsiya yaranmadı, yaranmağa imkan verilmədi. Çünki tehsil sistemi, egitim sistemi onlarındır və bütün planetdə Batıya kölə olan xalqlar yetişdirilir. Bütün xalqlar Batı kölələridir. Düşüncə Batının əsirliyindədir. Azad düşüncə və fəlsəfə yoxdur.
Azərbaycan neftini, sərvətini kim sömürür. Niyə Azərbaycanda orta əmək haqqı 300 manatdır?
Neft ölkəsi niyə belə rəzil həyatı yaşayır.
Xalq son 30 ildə sonunacan sömürülmədimi.
İqtidar da, müxalifət də, mediya da, elita da, zehniyyət də Batıya çalışmırmı?
Qurtuluş haradadır?
Bütün Planet Batı sisteminə, ağlına uduzub? Yenilib?
Oyanış və Diriliş, Özə dönüş ümidləri ölüb?

Bir gün planetdəki bütün qulların üsyanı baş verəcəkdir. Spartak üsyanı. ABD-AB Yunan-Roma mədəniyyətinin varisi və davamıdır. Bu mədəniyyət quldarlar və qullar sisteminə əsaslanır. Bu gün bu sistem böyüyərək, Yunan-Roma sınırlarını aşaraq planetar forma almışdır.
Batı quldar, qalan ölkələr, xalqlar isə quldur. Bir gün Spartak üsyanı başlanacaqdır. Bəlkədə başlanmışdır...
Heç kim inciməsin. Azərbaycan aydınının və siyasətçisinin bilik səviyyəsi haqqında pessimist düşüncələrə qapılmışam. Düşüncəmiz və ruhumuz, dünya dərkimiz Batı sisteminin içinə həbs olunmuşdur. Hər gün bizə təlqin olunur ki, guya bu sistem yaxşıdır, insanlığın inkişafında sonuncu müsbət nailiyyətdir, alidir, humanistdir. 500 ildir Batı nağıllarını dinləyirik. Adı çağdaşçılıq. Modernizm. Postmodernizm. Demokratiya. İnsan haqları. Amma və lakin İnsanlıq ölür, öldürülür...

Paralel.az

0.015508890151978