Sahibkarlarla növbəti görüş Sabunçu rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Sabunçu rayonunda keçiriləcək
 


“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Paralel.az quruma istinadən xəbər verir ki, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Sabunçu rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 21-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən #təklif və #problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.017096996307373