BAŞSIZ ADAMLAR
(“Qısa qeydlər” silsiləsindən)

BAŞSIZ ADAMLAR(“Qısa qeydlər” silsiləsindən)
 

Məlum olduğu kimi, dahi Cəfər Cabbarlı yaradıcılığı orijinal obrazlarla doludur. Belə obrazlar onun “Sevil” və “Almaz” əsərlərində daha boldur. Bu obrazların bəzi sözləri, fikirləri hətta atalar məsəlinə çevrilir, indi də işlənir...

Yəqin yadınızdadır, “Sevil” dramında Məmmədəli bəy və Əbdüləlli (?!) bəy adlı iki obraz var. Heç birinin öz başı - müstəqil fikri, original düşüncəsi yoxdur. Odur ki, bu boşluğu bacardıqları kimi doldurmaq istəyirlər. Əbdüləli bəy nə desən təsdiq edir, “mən də bu dəqiqə o barədə düşünürdüm” deyir. Hətta dədəsini söysən də, “bəli, elədir” deyir. Məmmədəli bəy isə, əksinə, nə desən rədd edir, “yox, yox, qətiyyən, elə deyil” deyir. Hətta Quran ayəsindən misal gətirsən etiraz edir, “biz deyilik rəiyyət, bizlərə nə şəriət” deyir.

Dostlar, təəssüflə qeyd etməliyəm ki, bizim Feyzdaşların təxminən 50 faizi Məmmədəli və Əbdüləli bəy kimi “başsız adamlar”dan ibarətdir, müstəqil fikirləri “yox!” dərəcəsindədir. Bir hissəsi nə yazsan, oxumadan bəyənir, başqa bir hissəsi isə mahiyyətinə varmadan etiraz edir. Ən acınacaqlısı isə odur ki, heç biri oxumaq, öyrənmək istəmir, ancaq öyrətmək istəyir...

Qalib ARİF

Paralel.az 

0.015988111495972