Deputat MM-də dənizkənarı hasarların sökməsini tələb etdi

Deputat MM-də dənizkənarı hasarların sökməsini tələb etdi
 

O, bunun xalqa qarşı haqsızlığ olduğunu vurğulayıb

“Yaz-yay mövsümü gəlib və istilər başlayıb. Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyır. Amma hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir”.

Paralel.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə deyib.
Deputat qeyd edib ki, son illər IDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılmasına başlanılıb:

“Bunu alqışlayıram. Dəniz Allah tərəfindən xalqımıza lütv edilən ilahi sərvət, Konstitusiyamız tərəfindən isə istifadəsinə maneəsiz verilən bir hüquqdur. Hər kəs dənizin beş-on hektarını çəpərləyib, bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq və hər kəsin də qanun qarşısında bərabər hüquqlu olduğunu deyirik.

Xalq da görür ki, bu fikir doğru deyil. Rəhmətlik Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi. İndi bu məsafə 30 metrə endirilib. Bu məsələni əsaslandırıb cənab prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyır".

Çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addımı atıblar. Təklif edirəm ki, dəniz kənarından tikintiyə qadağa qanunla 130 metr məsafədə təsbit edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün“. (teleqraf.com)

0.014745950698853