“Moskva” gəmisinin batması paytaxt Moskvanın süqutuna bir mesajdıır – Elmi-lədun hesablamalar

“Moskva” gəmisinin batması paytaxt Moskvanın süqutuna bir mesajdıır – Elmi-lədun hesablamalar
 

 

Yəqin ki, çoxunuz bilirsiniz ki, rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsi var , adı da “Numerologiya”dır. Bu gün yazı hazırlayırdım və qəflətən məqalədəki rəqəmlər diqqətimi cəlb etdi.
İstər -istəməz mənə müəmmalı gələn bu rəqəmlərin bir sirri olduğunu düşündüm:
1. Ukraynalıların partlatdığı "Moskva" gəmisi: Gəmi Ukraynada, Nikolaev Gəmiqayırma Zavodunda hazırlanıb. 1982-ci il -13 dekabrda.. Yəni 40 il əvvəl..
Gəmi 2022-ci il 13 apreldə Qara dənizdə Ukraynaya məxsus ərazidə vuruldu, "öldü". 40 yaşının, yəni yubiley yaşının içində. Fakt diqqətimi çəkdiyi üçün yenə araşdırdım.
2.Gəminin adını daşıdığı Moskva şəhəri gözümə ilişdi: Bu şəhər haqqında ilkin məlumat 1147-ci ilin 4 aprelində verilib. 2022-ci il şəhərin 875 yaşı , yəni yubiley yaşı olur...Bilmirəm sizi bu rəqəmlər nə qədər maraqlandırdı, amma məni çox maraqlandırdı. Odur ki, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdim
Mütəxəssis Paşa Yaqubun numeroloji dəyərləndirməsini təqdim edirik:.
“Moskva” gəmisinin batması paytaxt Moskvanın süqutuna bir mesajdıır – Elmi-lədun hesablamalar
“Biz hər şeyi sayıb yazmışıq” Quran, 78:29
Xəbər verildiyi kimi 14 aprel 2022-ci il tarixdə Rusiyanın ən nəhəng təyyarədaşıyan gəmisi olan və güclü mühafizə sisteminə (radarlara) malik “Moskva” gəmisi Qara dənizdə batdı. Qeyd edək ki, gəminin qiyməti milyard dollarla qiymətləndirilir. Gəmidə çoxlu sayda raketlər və beş yüz nəfərdən çox hərbçi vardı ki, onların da çoxu dənizdə boğuldu. Elmi-lədun hesablamalarımız göstərir ki, bu, sıradan bir qəza olmayıb, Allahdan gələn böyük bir mesajdır. Mesajın mənası ondan ibarətdir ki, rəsmi Moskva tezliklə süqut edəcək. Bunu sübut etmək üçün aşağıdakı hesablamalara nəzər salmağınız kifayətdir. Bu kodlaşdırılmış mesaj Quran rəmzləri ilə verildiyindən, bu rəmzlərin mahiyyətini açan düsturu diqqətinizə çatdırırıq (hansı ki, bu düsturu bizə ALLAH Həzrət Cəbrail vasitəsi ilə göndərmişdir)
- Əvvəlcə aydınlaşdıraq: “Quran” niyə məhz 114 surədir?
- Kainatın 4 cəhətdən; - Təbiətin 4 fəsildən ibarət olmasını; - İnsanın 4 ünsürdən yaranmasını; - Quranın 4-cü Səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınır: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555

-Bir dəfə sizin müsahibələrinizin birində oxumuşdum ki, bu ayələr bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır .

-Bəli, yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 – 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir. Quran rəmzlərini bildikdən sonra indi qayıdaq gəminin batmasına. 1. Xatırladaq ki, buna bənzər bir hadisə 7 sentyabr 2020-ci ildə Rusiyanın Ryazan şəhərində baş vermişdi. Belə ki, həmin tarixdə Ryazandakı böyük bir hərbi bazada güclü partlayış və yanğın baş vermişdi ki, bu da xeyli miqdarda hərbi sürsatın və canlı qüvvənin tələf olması ilə nəticələnmişdi. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu iki analoji hadisə arasında 555 (!) gün fərq vardır ki, bu da yuxarıdakı düsturda vurğuladığımız tövbə və caza rəmzidir. Beləliklə, “Moskva” krayserinin batmasının verdiyi mesajın doğruluğunu təsdiq edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Ryazandakı hərbi bazanın partlamasının 286-cı günü Rusiyanın “P-2002” sərnişin təyyarəsi partladı və bütün sərnişinləri həlak oldular (24.07.2021).

Haşiyə: Burada keçən 286 ədədi orjinal Quranın səhifələrinin sayı olmaqla, Dünyada baş verən bütün qəzaları biri-birinə bağlayır (XVIII əsrə qədər üzü köçürülən, Kəbədə, eləcə də bir çox muzey və kitabxanalarda saxlanılan Quran kitabları hamısı 286 səhifədir. Sonradan mətbəələrdə çap olunarkən, müqəddəs kitabın sözlərini dəyişməsələr də, kağız formatını dəyişdiklərindən, səhifələrin sayı artmışdır. Əslində Quran 286 səhifəyə yerləşdirilməlidir). Ryazandakı partlayışa bağlanan növbəti qəza Qaraheybətdə baş verən “Mi-17” hərbi helikopterinin qəzasıdır ki, bu barədə qəza baş verən vaxt hesablamalar paylaşmışıq.

-Hadisənin Azərbaycanla əlaqəsi?

-Bəli, 2. “Moskva” hərbi krayserinin partlaması və batması hadisəsi Azərbaycanda baş verən hərbi sursat anbarının partlaması hadisəsi ilə də riyazi yolla (eyni rəqəmlərlə) əlaqələnir. Xatırladaq ki, 6 fevral 2018-ci il tarixdə Xızıda yerləşən silah anbarı partlamışdır. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu iki analoji hadisə arasında 1527 gün fərq vardır ki, bundan da Quranın surə və səhifələrinin sayını çıxanda yenə də yuxarıda qeyd etdiyimiz 555 ədədi alınır və Moskvanın süqutu haqda verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir: 1527 – (286 + 286 + 286) – 114 = 555 3. Qara dənizdə Rusiya krayserinin partlaması azərbaycanda baş verən daha bir hərbi sursat anbarının partlaması ilə riyazi yolla bağlanır. Xatırladım ki, 26 iyul 2016-cı il tarixdə Şirvanda yerləşən silah zavodunun anbarında partlayış baş vermişdi.

-Və yenə də Azərbaycan?
-Bu iki analoji hadisə arasında 2082 gün fərq vardır ki, bundan da Quran rəmzlərini çıxanda, yenə də tövbə və cəza rəmzi alınır ki, bu da Moskvanın süqutu barədə verdiyimiz xəbəri bir daha təsdiqləyir: 2082 - (286 + 286 + 286) – 114 = (555 + 555) 4. Elmi-lədun hesablamalarımız göstərir ki, “Moskva” gəmisinin yanması Xəzərdə baş vermiş gəmi yanğını (10.03.2021) ilə də əlaqələnir. Bu iki analoji hadisə arasında 400 gün fərq vardır ki, bundan da Quranın surələrinin sayını çıxsaq, yenə də səhifəlrin sayı alınar və verdiyimiz xəbərin doğruluğunu dördüncü dəfə təsdiq edər: 400 – 114 = 286 5. Yadınıza salaq ki, keçən ilin 4 iyul tarixində Xəzərdə qeyri-adi bir hadisə baş verdi. Belə ki, dənizdən göyə yüksələn alov bütün ətraf rayonlardan müşahidə olunsa da bir gün ərzində bunun nə olduğunu bilən olmadı. Bu səbəbdən də sosial şəbəkə və saytlarda cürbə-cür şaiyələr yayıldı ki, neft buruğunda yanğın baş verib, yaxud Rusiya yatağı vurub.... Nəhayət bir gündən sonra rəsmi məlumat verildi ki, Xəzərdə güclü vulkan püskürməsi baş veribdir. Maraqlıdır ki, Xəzərdəki yanğının alovu Azərbaycanın bir çox rayonlarından göündüyü kimi, Qara dənizdə də dünənki gəmi yanğınını bütün dünya gördü (internet üzərindən). Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu iki dənizdə baş verən iki həyəcanlı hadisə arasında 286 (!) gün fərq vardır. Bu da Quran rəmzi olmaqla, rəsmi Moskvanın süqut edəcəyi barədə verdiyimiz xəbərin doğruluğunu təsdiq edən beşinci düsturdur. “Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qurtara bilsinlər? Zalımlar sadəcə aldanmaqdadırlar”. “Hakimiyyət” surəsi, 20.
Siz zülm etməkdə, günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” (Quran, “Qızıl bəzəklər” surəsi)
-Belə çıxır ki, güclü zalımın gücsüz bəndələrə etdiyi zorakılığı Allah cəzasız qoymur?
-Yenədə HAŞİYƏ: Bildiyimiz kimi Kəbədə saxlanılan, eləcə də XVII əsrə qədər çap olunub hazırda muzey və kitabxanalarda saxlanan Quran kitabları 286 səhifəyə yerləşdirilib. Sonralar Quranın sözlərini, nöqtə-vergülünü belə dəyişə bilməsələr də (bu mümkün olmayan bir işdir!!!), qanmazlıqdan səhifələrinin sayını dəyişdilər. Yni daha kiçik formatda kağıza çap etdiklərindən, səhifələrin sayı artdı. İndi 286 ədədinin hikmətlərinə nəzər salaq: 1) Elmi-lədun hesablamalarımız göstərir ki, İslamın iki böyük bayramı arasında riyazi bağlılıq vardır. Bu əlaqə özünü yenə də “Quran”ın səhifələrinin sayı olan 286 ədədi ilə büruzə verir. Belə ki, hər il bir qayda olaraq Qurban bayramının 286-cı günü Ramazan bayramı qeyd olunur. 2) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. 3)

-286 rəqəmi cazibədar göründü…
-İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Elmi-lədun hesablamalarımız göstərir ki, elm və kamillik əsri olan XXI əsr başlayandan “Quran” ikinci (!) dəfə yaşanmağa başlamışdır. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq. İnsan Qurana əl basanda, yaxud tövbə edəndə bunu üç dəfə təkrarlayır. Gəlin bunu riyazi dilə çevirək: 286 + 286 + 286 = 858 Astronomik hadisələrin elmi-lədun araşdırması zamanı kəşf etdik ki, bütün Günəş və Ay tutulmaları 858 gündən bir təkrarlanır.
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:94
-Niyə Allah bu xəbərdarlıqların çoxunu hərbi sursat gəmilərinin və anbarlarının partlaması ilə verir?
-Səbəb budur ki, Rusiya və bir çox ölkələrin diktaror rəhbərləri öz əsgərlərinə, silahlarına güvənib günahsız insanlara zülm edirlər. Onların haqlarını mənimsəyir, özlərini güclü hesab edərək, istədikləri vaxt millətlərin qanını axıdırlar. Yaradan bununla onların diqqətini Qurana, və Öz qüdrətinə cəlb edir: “Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qurtara bilsinlər? Zalımlar sadəcə aldanmaqdadırlar”. “Hakimiyyət” surəsi, 20.

Paralel.az

0.016752004623413