Rusiya Brüssel görüşündən sonra nisbi tərəfsizliyini pozdu - IV yazı 

Rusiya Brüssel görüşündən sonra nisbi tərəfsizliyini pozdu - IV yazı 
 

Siracəddin Hacı

7) Nəticə
- İndiki mərhələdə Qarabağ məsələsi ilə bağlı Azərbaycanın problemləri bunlardır: Azərbaycan bu məsələdə Rusiya ilə qarşı-qarşıyadır, Qarabağda işğalçı rus ordusu var, Laçın koridoru Rusiyanın nəzarətindədir, Azərbaycan Rusiyanın təsir məkanında qalmağa davam edir.
- Azərbaycan yaranmış vəziyyətdən doğru istifadə etməli, mərhələli iş görməlidir: öncə Qarabağ məsələsində Rusiyanın monopoliyasına son qoymalı, sonra da işğalçı rus ordusunu Qarabağdan çıxarmalıdır – bu ordu Qarabağdan çıxmasa, məsələni Azərbaycanın xeyrinə həll etmək mümkün olmayacaq;
- bu hədəflərin gerçəkləşdirilməsinin yolları var: 1) Azərbaycan Rusiya siyasətinə yenidən baxmalı, Rusiyanın təsir məkanında qalmaq ölçüsündən imtina edərək Rusiya ilə əməkdaşlıq ölçüsünə keçməlidir; 2) Ukraynanı daha çox dəstəkləməlidir – bu, Azərbaycanın mövqeyini gücləndirər, müttəfiqlərinin sayını artırar; 3) ordusunu gücləndirməlidir; 4) azadlığa, ədalətə, rifaha bağlı milli birlik təmin olunmalıdır; 5) Türkiyənin rolu artırılmalı, türk ordusu Azərbaycana gətirilməlidir; 6) müttəfiqlərin sayı artırılmalıdır; 7) Avropa Birliyi ilə əməkdaşlıq gücləndirilməlidir; 8) Ermənistanla birbaşa danışıqlara üstünlük verilməlidir; 9) Türkiyənin Ermənistanla yaxınlaşmaq siyasəti fəal biçimdə dəstəklənməlidir – Azərbaycanın mənafeyinə uyğun olan Rusiyadan asılı Ermənistan deyil, Türkiyəyə bağlı Ermənistandır; 10) Azərbaycan Ermənistanın içindəki siyasi mübarizədə Rusiyaya bağlı qüvvələrin mövqeyini gücləndirəcək addımlar atmamalıdır; 11) Azərbaycanla savaşda iştirak etməmiş Qarabağ ermənilərinə vətəndaşlıq təklif olunmalı, onların təhlükəsizliyinə təminat verilməli, deyilməlidir ki, yerli bələdiyyələrin formalaşmasında heç bir problem yoxdur; 12) Ermənistanın təzminat ödəməsi məsələsi gündəlikdə tutulmalıdır; 13) Azərbaycan vətəndaşları Qarabağa qaytarılmalıdır; 14) Şəhidlərə, qazilərə, onların ailələrinə haqq etdikləri dəyər verilməlidir;  

Paralel.az

0.021836996078491