Sovetin sındıra bilmədiyi adam

Sovetin sındıra bilmədiyi adam
 


“Rusiya hekayələri” silsiləsindən
Düşünürəm ki, Sovet cəza maşınının sındıra bilmədiyi adamlarla fəxr etmək olar. Doğrudur, onları barmaqla saymaq olar, amma var. Məsələn, Nobel mükafatları lauriatları – yazıçı Soljenitsın və akademik Saxarov. Bu adamları bütün dünya tanıyırdı və dəstəkləyirdi, odur ki, Sovet cəza maşını da onlardan çəkinirdi.
Amma elə adi adamlar da var ki, onları heç kim tanımayıb, dəstəkləməyib, sovet cəza maşını da sındıra bilməyib. Bütün məhrumiyyətlərə, əziyyətlərə və işgəncələrə baxmayaraq, bu adamlar sınmayıblar... Ölüblər, amma geri çəkilməyiblər...
Əli Maduyev... Sovet dövrünün ən qatı cinayətkarlarından biri... Onun adı “Monqol” ların, “Yaponçik” lərin, “Qara pişik”lərin üstündən xətt çəkir, sovet cəza maşını bu adamı sındıra bilmir. Doğrudur, məhkəmə ona ölüm hökmü kəsir, amma taleyin qisməti ilə ölüm hökmü də həyata keçmir...
Əli 1956-cı il iyunun17-də Qazaxıstanın Qaraqanda vilayətində çeçen əsilli Arbi Maduyevin çoxuşaqlı ailəsində doğulub, anası koreyalı olub. Arbi çeçenlərin Qazaxıstana köçürülməsinə qarşı mübarizə edib və hətta buna görə həbs edilib. Həbsdən çıxandan sonra ailəsini Qaraqandada tərgiyib və birdəfəlik Çeçenistana gedib. Balaca Əli anasına və bacılarına çörək verməli olub, azyaşlı oğrulara qoşulub. Amma elə həmin dövrdən karate ilə məşğul olub...
18 yaşında Əli Maduyevi oğurluğa görə həbs ediblər, 6 il iş veriblər. Onun Qazaxıstanda keçən birinci türmə həyatı haqqında az şey məlumdur. Amma “Yalquzaq” ləqəbi ilə tanınıb və daim idmanla məşğul olub. 1980-ci ildə türmədən azad edilib və dərhal mütəşəkkil cinayətkar dəstə təşkil edib, quldurluğu özünə peşə seçib. Yeri, gəlmişkən, hətta qanuni oğruları soymağa cəsarət edib. 1981-ci idə yenidən həbs edilib və bu dəfə mütəşəkkil cinayətkarlığa görə 15 il azadlıqdqn məhrum edilib.
Maduyevin ikinci türmə həyatı sərgüzəştlərə doludur. Daşkənddə türməsində kamerada “blatnoylar” qanuni oğruları soyduğuna görə onu cəzalandırmaq istəyiblər. Yaxşı idman hazırlığı olan, boy-buxunlu Əli 10 nəfərin qabağından qaçmayıb, birinin əlini, o birinin qabıgalarını sındırıb, ikisini isə bıçaqlayıb. Doğrudur, özü də yaralanıb, sol əli sınıb, amma “Çervonec” (Onluq) ləqəbi qazanıb və adı bütün sovet türmələrinə yayılıb. 1988-ci ildə Maduyev Sibirə, islah-əmək müəssisəsinə köçürülüb və dərhal qaçıb...
Bu dəfə işini ehtiyatlı tutub, hətta adını da dəyişib, Sergey Aleksandroviç adı daşıyıb. Mütəşəkkil dəstə də yaratmayıb, Roman Çernışev adlı bir türmə yoldaşı ilə quldurluq edib. Qafqazdan vurub Sibirdən çıxıblar, Moskvaya, Leninqrada kimi gediblər, bütün İttifaqa əl gəzdiriblər. Təsəvvür edin ki, Maduyev cəmi iki il azadlıqda qala bilib, amma 60-dan çox oğurluq və quldurluq törədib, 1 milyona yaxın sovet pulunu mənimsəyib. Gürcü və özbək əsilli oğruların ümumilikdə 500 minlik “obşakı”nı ələ keçirilib... Onun mərdliyi isə hətta quldurluğunu bəzəyib. Rostovda quldurluq etdikləri bir evdə Çernışev ev yiyəsinin qızını zorlamaq istəyib. Amma Maduyev imkan verməyib və ona yaxşı bir qulaqburması da verib. Tiflisdə isə ev yiyəsi quldurlardan bərk qorxub, ürəyi tutub. Maduyev təcili yardım maşını çağırıb, həkimlərin pulunu verib və xəstəni xəstəxanaya göndərib. Amma onun bu iki ili qanla da suvarılıb, 10 nəfər günahsız insan qətlə yetirilib...

Maduyev 1990-cı ildə Daşkənddə Moskva qatarında həbs edilib və Leninqradın “Krestı” (burda baraklar xaç şəklində düzülüb) türməsinə etap edilib. 1991-ci ildə onu Moskvaya məhkəməyə etap etmək istəyiblər. Amma Maduyev qoltuğundan tapança çıxarıb və qaçmaq istəyib, hətta polis mayorunu güllələyib. Mayoru birtəhər xilas ediblər və Maduyevi biradamlıq kameraya göndəriblər. Onun yanına 4 nəfər əli dubinkalı xüsusi təyinatlı atıblar. Bir saatdan sonra kameranı açıblar. Deyilənə görə (göyün, yerin də gözü, qulağı var), kamera başdan-başa qana bulaşıbmış. Xüsusi təyinatlılardan ikisi şikəst olur və tərxis olunur, ikisi uzun müddət müalicə olunur. Maduyevin isə qabırğaları və yenidən sol əli sınır, sol qulağı isə kar qalır. Bu hadisədən sonra Sovet cəza maşını Maduyevə qarşı heç bir zor tətbiq etmir.
Yuxarıda dediyim kimi, Maduyev boylu-buxunlu adamdı, qadınların xoşuna gəlirdi və bu üstünlüyündən məharətlə istifadə edirdi. “Krestı”da da qadın müstəntiqi yoldan çıxarmış və dəlil-sübut kimi işin içində olan tapançasını onun vasitəsilə əldə edə bilmişdi. Yeri gəlmişkən, maduyev polis mayorunu həmin silahla güllələmişdi. Məhkəmə Voronsova soyadlı bu qadına 7 il iş kəsir. Maduyevə isə çeçen əsilli qanuni oğrulardan dayanmadan təkliflər gəlir. Ona “qanuni oğru” adı vermək və bütün dünyada çeçen mafiyasının “kral”ı elan etmək istəyirlər. 35 yaşlı Maduyev “qanuni oğru” adından və “kral” titulundan imtina edir, “mən qanundan kənar oğruyam” deyir...
1995-ci ildə Leninqrad Vilayət Məhkəməsi Sergey Maduyevi güllələnməyə məhkum edir. Məhkəmədə Maduyev son sözlə çıxış edir, Vladimir Vısotskidən misal gətirir. Deyir "Vısotskinin bir mahnısı var: Sağlığında düşmənlərindən qisas alanlar bəxtəvər adamlardır. Mən də bəxtəvər adamam, çünki bütün düşmənlərimdən qisas almışam". Və onun yenə bəxti gətirir, Rusiya Prezidenti Boris Yelrsin 1996-cı ildə ölüm hökmünü ləğv edir. Ömürlük həbs cəzası alan Maduyev Sibirə, “Qara Delfin” adı daşıyan ağır şəraitli, sərt rejimli islah-əmək müəssisəsinə etap edilir. Burda 2000-ci ilə qədər hörmətli bir avtoritet həyatı yaşayır. Həmin ilin dekabrında ürək çatışmamazlığından vəfat edir...
Və son olaraq. 1993-cü ildə Rusiya kinomatoqrafı Maduyevlə müstəntiq Voronsovanın münasibətlərinə həsr olunmuş “Tyuremnıy Romans” adlı bədii filmi çəkib, baş rolda tanınmış aktyor Aleksandr Abdulov çəkilib. Yeri gəlmişkən, Rusiyanın məşhur “Qluxar” serialı da Maduyevin həyat və “yaradıcılşğını” əks etdirir...
Qalib ARİF

Paralel.az

0.025369882583618