Problem həll edilməlidir ki...

Problem həll edilməlidir ki...
 

Ən sadə halda,

başağrısına çevrilməsin

 

Ölkə vətəndaşlarının sosial-iqtisadi çətinliklərinin həll olunmaması səbəbindən o, müşkül bir problemə çevrilir. Bu problemlərin söz mənasında bircə adı olsa da, onun mahiyyətində saysız-hesabsız məsələlər mövcuddur. Hər halda, onların mövcudluğu insanlara bir fərd deyil, şəxsiyyət kimi yanaşılmasına imkan vermir. Nəticədə, çox söz demirik, problemə keçək.

Azərbaycanın Rusiya ilə sərhədində baş verənlər cəmiyyətə yabançı məsələ deyil.  Lakin sərhəddə bu gün problem yaşayanlara münasibətin yad olduğu da onların səsləndirdiyi, az qala haray çəkdiyi aktual məsələdir.  Artıq neçə müddətdir ki, bununla bağlı rəsmi qeyri-rəsmi istiqamətdə açıqlamalar, fikirlər, rəylər səsləndirilir. Lakin problemin həlli hələ ki səslənmə mərhələsindədir,  insanlar da onun  həll saatını, vaxtını gözləməkdə...

Bu, bəlkə çoxlarına asan gələ bilər. Lakin sərhəddə ölkəsinə, ev-eşiyinə gəlmək saatını gözləyənlərin vəziyyətini bir anlığa hiss etməklə, problemin ağırlığını təsəsvvür etmək mümkündür. Orada qalan, ölkəmizə keçmək üçün gözləyən vətəndaşlarımızın arasnda müxtəlif yaş qrupuna, sağlamlığa, cinsə, fərqli maddi imkana malik olanlar var. Ordan verilən xəbərlərə görə, uyğunsuz şəraitdə qalmağa məcbur olan insanlar artıq bu çətinliyə davam gətirə bilmirlər. Onlar qədər gözləyəcəklərinin, niyə bu vəziyyətdə saxlandıqlarının nədənini, səbəbini  israrla sual edirlər. Çünki Rusiya tərəfi öz ölkəsindən onların çıxışına imkan verib, problem isə öz ölkəmiz tərəfdə yaranıb.

Artıq sərhəddə gözlənti içində yaşayanların vəziyyəti dözülməz həddə çatıb. Onlar bu vəziyyətin nəhayət ki çözülməsini tələb edirlər. 

Sərhəd bölgəsində yaşayanların dediklərinə görə isə, bu yaxında quru sərhədlərin açılmasıyla bağlı başqa bir problem yarana bilər. Belə ki, deyilənə görə, quru sərhədlər birtərəfli açılacaq. Bunun əlavə hansı problemlərəişıqtutacağı isə başqa bir mövzudur. Hər halda, quru sərhədlərimizin açılacağından ölkəmizə gələcək gəlirə qarşı necə deyərlər, “işıq gələn yerə barmaq tıxamaq  misalı, zənn edirik, kiməsə avantaj qazandırmayacaq.  Sərhədlərin açılmaması artıq uzun müddətdirkoronavirusun  təkcə turizm sektoruna deyil, əksər sahələrə vurduğu zərərin qarşılanmasına ciddi maneələr yaradacaq. 

Hər halda, rəsmi qurumlar bu barədə yəqin ki, düşünür. Lakin təkcə müəyyən bir zümrənin deyil, bütöv cəmiyyətin marağına, rifahına yönəlik düşüncə tərzi ən sağlam olanıdır. Onu da kimsə, heç kim inkar edə bilməz.

Son nəticədə, hər xalqın varlığı dövlətin mövcudluğunu təsdiq, sübut edir. Hər iki məfhumun qarşılıqlı mövcudatının daim var olması üçün isə dünəndən qalan, bu gün yaşanan problemlər təcili həll edilməlidir. Ki, “boyatproblemlər kimsə üçün başağrısına çevrilməsin.

 Nigar Orucova 

0.015830993652344