Vəzifəli maradyorlar

Vəzifəli maradyorlar
 


“Qısa qeydlər” silsiləsindən
Azərbaycanda korrupsiyaya qurşanmış vəzifəli şəxslərə qarşı mübarizə çərçivəsində dövlət səviyyəsində sərt tədbirlər davam edir. Son dövrdə 7-8 korrupsiyaçı icra başçısı və sair məmurlar MTX əmkdaşları tərəfindən "zərərsizləşdirilib" və həbs edilib. Hətta məhbəsdə ölənlər də var. Sanki heç zad baş vermir - yerdə qalan vəzifəlilər öz işindədir...
Burda mətləbə dəxli var deyə mətləbdən uzaqlaşmaq, bir haşiyə çıxmaq istəyirəm. Deyirlər, Napoleon hər döyüşdən sonra dərhal döyüş meydanında hər 50 metrdən bir dar ağacı qurdurarmış. Dar ağacı dəhşətli olsa da, məqsəd ədalətli imiş... Deməli, hər böyük döyüşdə hər iki tərəfdən minlərlə, bəzən 10 minlərlə əsgər və zabit qırılarmış. Döyüşdən sonra da yaxından, uzaqdan, hətta şəhidlərin döyüş yoldaşlarından ibarət "maradyorlar" (ölü soyanlar) sürüsü ölənlərin üst-başını, ciblərini soyurnuş. Bu zaman "iş başında" yaxalanan hər kəs sorğu-sualsız, yaxınlıqdakı dar ağaclından asılırmış və hamıya ibrət olsun deyə, döyüş meydanı təmizlənincə, günlərlə dar ağacından sallanırmış. Amma buna baxmayaraq, ölümdən qorxmayaraq, "maradyorlar" elə dar ağaclarının altında ölüləri soyurmuş... İnsan nəfsinin, acgözlüyünün miqyasını təsəvvür edirsinizmi?!
Bəli, bizm bəzi məmurlarla Napoleon dövrünün maradyorları arasında elə bir fərq yoxdur! Axı, Vətən müharibəsindən əvvəl dövlət strukturlarının, ictimai təşkilatların imkansız ailələrə ayırdığı maddi köməyi mənimsəyənlər, müharibədən sonra şəhidlərin, qazilərin müavinətlərini ələ keçirənlər ölülərin cibini soyan həmin maradyorlar deyilmi?! Deməli, Azərbaycanda hər rayonda 50 metrdən bir dar ağacı qurmaq, bizim vəzifəli maradyorları asmaq lazımdır?!
Qalib ARİF

Paralel.az

0.017114877700806