Ramazan orucu Allahın tərbiyə proqramıdır - X yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - X yazı
 

Siracəddin Hacı: 
Allah rəsulu iftardan sonra bu duaları etmişdir:

“Ey Allahım! Sənin üçün oruc tutdum, Sənin ruzinlə orucumu açıram”;
“Ey Allahım! Sənin üçün (Sənin rizanı qazanmaq üçün) oruc tutduq, Sənin ruzinlə orucumuzu açırıq. Onu bizdən qəbul et. Sən eşidirsən, bilirsən”;
“Allaha həmd edirəm. O, mənə yardım etdi, oruc tutdum, ruzi verdi, iftar etdim”;
“Allahım! Səndən hər şeyi əhatə edən rəhmətinlə günahlarımı bağışlamağını istəyirəm”;
RAMAZAN ORUCUNU TUTMAQ hər müsəlmana (şərtləri uyğun olan) fərzdir – ilahi əmrdir. Bununla birlikdə, başqa aylarda da ilahi rizanı qazanmaq üçün oruc tutmaq olar:
- bir insan hər hansı bir məsələ ilə bağlı oruc tutmağı niyyət etmişsə - söz vermişsə (nəzir orucu), seçdiyi günlərdə oruc tutmalıdır;
- bir insan daha çox savab qazanmaq niyyəti ilə oruc tuta bilər;
- Allah Rəsulu hər həftənin birinci və dördüncü günləri oruc tutmuşdur. O, Özünün və Qurani-Kərimin doğum gününü oruc tutaraq keçirmişdir;
- Şəvval ayında (Ramazan ayından sonrakı ay), bayram günləri istisna olmaqla altı gün oruc tutmağın çox savabı var (bu ayda altı gün ard-arda, ya da fasilələrlə oruc tuta bilərsiniz);
- Aşura günü (məhərrəm ayının onuncu günü) oruc tutmaq müsəlmanlar arasında geniş yayılmışdır;
- hər ayın üç günü (13, 14, 15) oruc tutmaq ənənəyə çevrilmişdir;
- Zilhiccə ayının (həcc ayının) ilk doqquz günündə (onuncu gün Qurban bayramının ilk günüdür – bayram günü oruc tutmaq olmaz) imkanı olanın oruc tutması tövsiyə olunmuşdur;
- haram (toxunulmaz) aylarda – Zilqədə, Zilhiccə, Məhərrəm, Rəcəb aylarında, bəlli günlərdə (adətən, 4-cü, 5-ci, 6-cı günlərdə) oruc tutmaq tövsiyə edilmişdir;
- Allah Rəsulu Şaban ayında – Ramazandan öncəki ayda çox oruc tutmuş, özünü bir aylıq Ramazan orucuna hazırlamışdır;
- günaşırı oruc tutmaq (bir gün tutub, o birisi gün tutmamaq) hz.Davud orucu kimi ad qazanmışdır. Allah Rəsulu buyurmuşdur ki, O mübarək Elçi bu biçimdə oruc tutmuşdur;

Ramazan ayı İmsaqdan İftaradək yatmaq ayı deyil, çalışmaq, oxumaq, öyrənmək, xeyri, bərəkəti, mərhəməti, paylaşmağı, ədaləti çoxaltmaq, gözəl işlərə təşviq etmək, pis işlərdən çəkindirmək ayıdır.

Ardı var...
Paralel.az

0.052746057510376