Miqyası kiçik, təhlükəsi böyük...

Miqyası kiçik, təhlükəsi böyük...
 

Günümüzdə, gündəmdə baş verənlərə nəzər yetirəndə adamda dəqiq bir qənaət hasil olur. Bu da müxtəlif ad təyinatlı strukturların böyük hissəsinin, bəlkə 90 faizinin öz işininusta olmaması, necə deyərlər, insanları yarıtmamasıdır.

Cəmiyyət olaraq acısını yaşadığımız, yükü, çəkisi azalmayan problemlərimizin səbəbkarı da elə onlardır. Aid olduqları qurumun təyinatını əks, yalnız özləri tərəfə çevirib, özününküləşdirib, “özəlləşdiribləronlar. Beləözəlləşdiriləndövlət qurumlarının tək sahibi olduqlarına inamdan, əminlikdəndir ki, rəsmi qanunları, məhz xalqın rifahı üçün yazılanları fəqət elə onun basqısı üçün tətbiq edir, həyata keçirirlər.

Burda konkret ad çəkmək, hansısa əzbər hamıya tanış isimlərdən söhbət açmaq istəməzdik; siyahı çox,  eyni zamanda, uzunçuluq olar deyə. Fəqət işin ən çətin tərəfi illərdir səslənməsindən, danışılmasından, yazılmasından asılı olmayaraq,   cəzasızlıq mühitinin birmənalı olaraq öz şəklini dəyişməməsi, onun yalnız istisnalardan ibarət olmasıdır.

Baxın, özü hansısa yazar, rəsmi sima, yaxud, istənilən kateqoriyadan deyil, sadə bir oxucu gözüylə real vəziyyətə nəzər yetirin. İstənilən şəxs adi bir probleminin həlli üçün aylarla, illərlə icra strukturlarının daimimüştərisiolursa,  heç həmin problemin həlli deyil, müraciətin motivi onun başağrısına çevrilir. Elə ona görə haqqı tapdanan, ədalət axtarışında olan istənilən şəxsgözü çıxmış qardaşından  hesabını götürərək  haqq-ədalət yoluna çıxmır. Nəticəsi göz qabağındadır.

Ölkədə,  bölgələrdə saysız-hesabsız hadisələr baş verir ki, onun da mərkəzində məhz cəzasızlıq mühitinə münbit şəraitin yaradılması dayanır.  Hansısa bir problem yaransa, onun həllolunmazlığının birbaşa səbəbkarı da məhz başdakıdır. İstənilən vəziyyətdə başda dayananın  öndə getməli, hamını arxasınca aparmalı missiyasından tam, çox uzaq bir davranış sərgiləməsi,  öhdəsində olanları deyil, yalnız özünü görməsidir bəlaların nədəni.

Ötüb-keçən saat günlərə, aylara deyil, illərə baxanda,  qədər itirdiyimizin fərqində olduğumuzu görə bilərik.  sistem, mexanizm elə qurulub ki,  artıq sağlam düşüncəli şəxs belə, sanki təyinatının xalqa xidmət deyil,  onu qarət etmək olduğu missiyasınaand içərək  vəzifəsini icra edir.

İcra etmək vacibdir. Lakin baxır hansı anlamda...

Bu strukturlara rəhbərlik edənlər vətəndaşın problemini həll etməməklə tarixdəadqoyurlar. Hansı ki  vəzifədə olmasəbəbkarının - vətəndaşın yükünü azaltmaqla,  dəqiq desək, onu yükdən azad etməklə ad çıxarmalıdırlar.

Adbaad  demədiyimiz strukturların hansının təyinatı üzrə işləməsini söyləmək daha asandır.  Tez-tez eşidirik: “Bizdə təkcə hava proqnozu barədə deyilənlər dəqiq olur”.

Bəli, bugünlərdə havanın küləkli olacağı barədə verilən məlumat da həmişəki kimi, düz çıxdı. Həmin gün güclü küləyin  məktəb binasından, evlərin damlarından,  binalardan aşırtdığı üzlüklər,  yıxılan qurumuş ağacların insanlara yaratdığı təhlükədən misal gətirmirik. Statistikası aparılmayan bu kimi hadisələrin mənbəyində yenə müxtəlif  strukturların öz işini yarıtmadığı, səriştəsizliyi bu adda olan digər mənfi hallar dayanır.

Çox sadə bir misal, paytaxtın mərkəzi küçəsindəki dayanacaqda işıq dirəyi  yerə basdırılmadığı üçün küləyin təsirindən yerində ləngər vurub yellənirsə,  avtobus maşınların sürücüləri, sərnişinlər üçün hansı təhlükəsizlikdən danışmaq olar?!

Danışmağa söz, söhbət, problem çox, onun icrası isə  yoxdur...

Fəaliyyəti yox, fəqət adı var olan qurum müəssisələrin, strukturların  adının qarşısında da əslində, başqa ad yazılmalıdır...

Adi bir işıq dirəyinin yerə bərkidilməsi üçün nəzərdə tutulan materialın oğurlanmadığına bizi kim inandıra bilər?!

Küçəni işıqlandırmaq təyinatlı dirəyin aşmasından görəsən, neçə adamın həyatı qarala bilər?!

Miqyası kiçik, lakin təhlükəsi böyük olan bu kimi hadisələrdən isə kimsə sığortalana bilməz. 

 O zaman, hər adda olan, hər addımda gözlənilən təhlükəli hadisələrdən kimsənin sığortası yoxdursa, özü-özünü olacaqlardan gözləsin.

Rəhbər pilləyə təyin olunanların, amma təyinatı doğru-düzgün olmayanların  məmləkətində yaşadığımızı unutmadığımızdan dolayı...

Nigar Orucova 

0.018505096435547