Sosial ədalətsizliyin əsas 
səbəbi rüşvət və korrupsiyadır

Sosial ədalətsizliyin əsas səbəbi rüşvət və korrupsiyadır
 

Minimum maaş, pensiya müavinatlar əhalinin minimum tələbatını ödəymir?

Azərbaycan hökuməti davamlı olaraq əmək haqqlarının, pensiya, müavinat digər sosial ödənişlərin artırıldığını təbliğ etməklə, guya ölkəmizdə sosial ədalətin bərqərar olmasına çalışdığını iddia edir. Buna paralel, əhali arasında sosial gərginlikdə ildən-ilə artır. Bu porodoksu yaradan nədir, ölkəmizdə əhalinin sosial durumu hansı səviyyədədir? Bu kimi suallara cavab tapmaq heç çətin məsələ deyil, sadəcə olaraq bununla maraqlanmaq lazımdır. Hökumətdə isə bu suallara cavab tapmaq istəyi olmalıdır. 

 

Bu arada onu da xatırlatmaq yerinə düşər ki, sosial ədalətin düzgün tənzimlənmədiyi cəmiyyətlərdə sosial narazılıqların baş qaldırması ehtimalı çox güclü olur.

Bu baxımdan ölkəmizdə sosial gərginliyin son həddə olduğunu demək olar. Çünki ölkədə sosial ədalətsizliyi şərtləndirən bir çox səbəblər var bunu da hər kəs bilir. Bunlardan birincisi, xalqımızın baş bəlasına çevrilmiş rüşvət korrupsiyadır. İkincisi, inhisarçılıq məmur özbaşınalığı. Üçüncüsü, qanunların işləməməsi, yaxud ancaq kasıblar üçün işlək olmasıdır. Çünki Azərbaycanda heç bir məmur qanun tanımır. Əgər ölkəmizdə qanunların aliliyi prinsiplərinə hörmət olunsaydı "MTN işi", "Tərtər işi"  kimi dəhşət doğuran hadisələrin ortaya çıxması üçün şərait yaranmazdı. Bu kimi hallar isə son nəticədə ölkəmizdə sosial ədalətin pozulmasına, sosial narazılıqların gündən-günə artmasına rəvac verir.

Azərbaycanda 2022-ci il əmək haqqlarının, pensiya, müavinat digər sosial ödənişlərin artırılması ilə başladı. Amma bu artımın əhalinin rifahının yaxşılışmasında hər hansı bir rolu oldumu? Olmadı, çünki keçən ilin oktyabrından başlayan qiymət artımı əmək haqqlarının, pensiya, müavinat digər sosial ödənişlərin artımını 2-3 dəfə üstələdi, maaşlar müavinatlar, pensiyalar 3-10 faiz artdığı halda- qiymətlər bir çox ərzaq qeyri-ərzaq məhsullarında, hətta 50 faizə çatdı. Həmçinin, Xidmət sahəsində çalışanların sözlərinə görə, qiymət artımı onlara maddi tərəfdən o qədər təsir etməsə , "qiymət artır, biz zəhmət haqqımızı artırırıq, amma müştəri itirmək heç arzuolunan hal deyil",-deyirlər. Yəni yeni ilin ilk günündən artan maaş pensiyalar əhaliyə çatmadan, bütün sahələrdə qiymətlərin artması əhalinin kasıb təbəqəsini son qəpiyindən məhrum etdi. Azərbaycan hökuməti isə ancaq statistik məlumatlara əsaslanaraq hesab edir ki, ölkəmizdə kasıb insanlar yoxdur. Bu səbəbdən , əhalinin kasıb təbəqəsinin düşdüyü durum, hökumətimizi əsla narahat etmir. Çünki ona əhalinin rifahı deyil, statistik rəqəmlər lazımdır. Bu rəqəmlər isə deyir ki, ölkəmizdə orta əmək haqqının ötən illə müqayisədə 0,5% artması nəticəsində 881 manata çatacağı gözlənilir, 2023- ildə isə orta əmək haqqı daha 0,2 % artaraq 992 manat, 2024-2025-ci illərdə isə daha 0,8 % artaraq müvafiq olaraq 1 058 1143 manata çatacaq. Bu bir statistika olaraq çox maraqlıdır, amma əhalinin artan maaşlarının, yəni əlinə aldığı pulun alıcılıq qabiliyyətinin qədər olacağını heç kim dilinə belə gətirmir. Buna görə , belə statistik rəqəmlər əhali üçün heç bir əhəmiyyət kəsb etmir.

Çünki bu gün insanların böyük əksəriyyəti hesab edir ki, maaşlarının nominal dəyərinin qat-qat aşağı olduğu vaxtlar bundan daha yaxşı yaşayıblar. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, əmək haqqlarının, pensiya, müavinat digər sosial ödənişlərin məbləğinin artırılması, heç əhalinin alıcılıq imkanlarının armasına səbəb olmur.

Son bir ayda bazar dükanlarda mütamadi baş verən qiymət artımı, manatın alıcılıq dəyərənin aşağı düşdüyünü deməyə əsas verir. Məsələn, keçən ay  soğanın ortalama satış qiyməti 60-70 qəpik idisə, bu gün heç bir yerdə 1 manatdan aşağı qiymətə soğan tapmaq mümkün deyil. Həmçinin, şəkər tozu, keçən il 90-95 qəpiyə satılan bu məhsulun qiyməti artıq 1,5 manatı keçib.

Bu da insanların sosial durumuna təsirsiz ötüşmür.

Mən hələ bir il əvvəl apardığım araşdırmalara əsaslanaraq qeyd etmişdim ki, 4 nəfərlik ailənin normal (mən demirəm yaxşı əla) yaşaması üçün bu günün tələbi ilə ən azından 4 min manat gəliri olmalıdır. Əgər ailə bu gəlirə sahib deyilsə dövlət həmin ailəni bu gəliri qazana biləcək işlə təmin edə bilmirsə, bu ailəyə sosial müavinat ödəməlidir. Bu ödəmələrdən qaçmaq üçün hökumətin ortaya qoyduğu "istehlak səbəti" hesablamaları digər şərtlərin heç bir əsası yoxdur. Bu gün tətbiq olunan "istehlak səbəti" hesablamaları heç insanların normal yaşamını təmin edə bilməz, ən yaxşı halda onların acından ölməmələrinə yardım edə bilər. Bu gün Azərbaycanda ayda 4 min manat qazana bilən 4 nəfərlik ailələr çox azdır. Bu da o deməkdir ki, ölkəmizdə işsizlik minimum həddə olsa da, işləyənlərə ödənilən əmək haqqı o qədər aşağı həddədir ki, insan öz ailəsinin minimal tələblərini belə ödəyə bilmir. Məsələn, hər hansı bir müəssisədə minimum əmək haqqına işləyən ata ana qazandıqları 600 manatın 300 manatını kirayə üçün ödəyirsə, qalan 300 manata iki məktəbli uşağının özlərinin maddi ehtiyaclarını necə qarşılaya bilərlər? Minimum əmək haqqının 300 manata qaldırılmasını böyük humanist addım xalqa xidmət hesab edən məmurlar çetesini 300 manata işləməyə məcbur etsələr razı olarlarmı, görəsən? Bu gün 1500-2000 manat maaş aldıqları halda, bu milləti dövləti talamaqdan əl çəkməyən məmurlar qorxurlar ki, xalq yaxşı yaşasa, onlara talamağa bir şey qalmaz. Bu səbəbdən xalqı çörəklə sınağa çəkməyi qarşılarına məqsəd qoyublar.

Bütün bunlar onu deməyə əsas verir ki, minimum əmək haqqının 300 manata qaldırılmasının insanların sosial durumuna heç bir musbət təsiri yoxdur, əksinə bu artımı təqib edən qiymət artımları insanları daha çətin duruma salır.

Onu da xüsusi olaraq qeyd edim ki, bu gün minimum əmək haqqları 1000 manata qaldırılsa belə, heç dəyişməyəcək. Çünki ölkə qanunlarla deyil, məmurların istəyi ilə idarə olunur. Ölkəmizdə qədər ki, məmur özbaşınalığı, hegemonluğu məmur diktaturası hökm sürür, insanların rifahının yaxşılaşmasına heç bir şans yoxdur.

Bəziləri üçün 1000 manat böyük pul kimi görünsə , dövlət onun məzənnəsini qorumağa çalışsa da, alıcılıq qabiliyyəti çox aşağıdır. Məsələn, bu gün minimum əmək haqqı 300 manatdır, bazarda soğanın kilosu 1 manat, kartof 1,5 manat, şəkər tozu 1,5 manat. Əgər minimum əmək haqqı 1000 manata qalxarsa, bazarda soğanın kilosu 5 manata, kartof 6 manata, şəkər tozu 6 manata qalxacaq, insanların isə qazandıqı sadəcə olaraq rəqəm olacaq, "1000 manat maaş alıram" vəssalam!

 İlk əvvəl bu tendensiyanın qarşısını almaq lazımdır. Bir çox iqtisadçı ekspertlər hesab edirlər ki, bu günün qiymətləri ilə bir statistik ailənin dolanışığı üçün minimum 1800-2000 manat lazımdır.

Bu araşdırmadan da belə bir nəticə hasil olur ki, Azərbaycanda aparılan sosial islahatlar günün tələblərinə cavab vermir əhalinin rifahına heç bir müsbət təsiri yoxdur. Bunun səbəblərini isə yazının əvvəlində açıqladığımdan təkrarlamağa lüzum görmürəm. Azərbaycanda insanların sosial rifahını yüksəltmək üçün ilk növbədə, məhz həmin nöqsanları aradan qaldırmaq lazımdır.

Əks təqdirdə, qiymət artımlarının ardınca qaçan maaş, pensiya digər müavinat artımlarının heç bir nəticəsi olmayacaq.

Bu da heç bir halda arzulanmayan sosial narazılıqları daha da artıracaq.

Bu gün Azərbaycan hökuməti həmin nöqsanların aradan qaldırılması üçün müəyyən işlər görür, amma görünəni odur ki, bu yetərli deyil. Bunun üçün ölkəmizdə qanunların işləməsini təmin etmək qanunların aliliyi prinsiplərinin bərqərar olması lazımdır.

Ən əsası isə ölkəmizdə məmur özbaşınalığına son qoyulmalıdır. Əks təqdirdə görülən işlərin heç bir nəticəsi olmayacaq.

Yusif Seyid

0.016357898712158