Sabiqlərin Panamadakı şirkətlərindən yeni xəbər var

Sabiqlərin Panamadakı şirkətlərindən yeni xəbər var
 




Sabiq vəzifə sahibləri barədə yeni xəbərlər eşidilməkdədir. Paralel.az Gununsesi.info-ya istinadla  keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov haqda məlumatı diqqətə çatdırır.
Məlumata görə, onların 2004-cü ildə Panamada qeydiyyatdan keçirdikləri şirkət fəaliyyətini dayandırıb. Panama mənbələrinə görə, RİMBA S.A.-nın statusu “vigente”dən (aktiv) ‘suspendido”ya keçib, yəni ləğv edilib.
Şirkətlə bağlı ilk məlumat 2020-ci il parlament seçkiləri ərəfəsində yayılıb, 15 il deputat mandatı daşımış Hüseynbala Mirələmovun bir ay sonra seçkiyə qatıldığı dairənin nəticələri ləğv olunub.
Həmin ilin mayında isə DTX Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyində əməliyyat keçirib, bir neçə yaxın adamı həbs edilib, özü isə vəzifəsindən azad edilib.
Qeyd edək ki, şirkət yaradılan zaman Əbülfəz Qarayev nazir, Hüseynbala Mirələmov isə deputat olub.
Paralel.az 

0.017744064331055