Baş Şirvan Kollektorlar idarəsinin tabeliyində olan kollektor drenaj sistemlərindəki acınacaqlı vəziyyət...

Baş Şirvan Kollektorlar idarəsinin tabeliyində olan kollektor drenaj sistemlərindəki acınacaqlı vəziyyət...
 



Bəlli olduğu kimi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin yaranmasından 16 il keçir. Cəmiyyətin üzərinə düşən çoxsaylı vəzifələrdən biri də torpaqların melorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə dövlət meliorasiya xidmətini inkişaf etdirməkdir. Azərbaycanda əkin üçün yararlı torpaqlarımız 4,53 milyon hektar təşkil edir. Bu torpaqlar düzənlik ərazidə yerləşdiyindən qurunt suları şorlaşma təhlükəsi yaradır. Suvarılan torpaqların 610 min hektarı kollektor drenaj sistemləri ilə təchiz olunub. Bu torpaqlardan yüksək məhsul götürmək üçün kollektor drenaj sisteminin səmərəliliyinin artırılması həmişə günün vacib məsələlərindən biri olaraq qalır. Bu səmərəliliyin artırılması ilə bağlı dövlət büdcəsindən ayrılan vəsait milyardlarla manatdır.
Məhz dövlətin ayırdığı küllü miqdarda bu vəsait təyinatı üzrə xərclənirmi? Paralel.az xeberfakt.az-a istinadla 7 rayonda xidmət göstərən Baş Şirvan Kollektorlar idarəsinin tabeliyində olan Hacıqabul rayonunun Meyniman, Axtaçı, Talış kəndlərində kollektor drenaj sistemlərinin vəziyyəti ilə bağlı materialı təqdim edir.
Doğrusu, vəziyyətin bu qədər acınacaqlı olduğunu xəyal belə etməzdik. Bu rəzalət dövlət, xalq, millət adına xəyanətdir. İnsanlar çarəsiz vəziyyətdədirlər. Görünən odur ki, son 10-15 il ərzində bu kəndlərdə nə təsərrüfatlar arası, nə də təsərrüfat daxili kanallar lildən təmizlənməməsi nəticəsində istifadəyə yararsız vəziyyətə gətirilib.
Baş Şirvan Kollektorları idarəsinin rəisi Əhmədağa İbrahimovla əlaqə saxlamaq istəyimizə isə nail ola bilmədik. Kiçik bir araşdırmamız bu qurumda böyük bir maxinasiyanın olduğu anlamına gəldi.
Məlumat üçün bildirək ki, idarənin xidmət şəbəkəsini uzunluğu 215,7 km olan Baş Şirvan kollektoru, 622,53 km təsərrüfatlar arası kollektorlar, 572,25 km təsərrüfat daxili kollektorlar təşkil edir. Ağdaş, Ucar, kürdəmir, Sabirabad, Hacıqabul, Şirvan və Salyan rayonlarını əhatə edir. İllik dövriyyəsi 7 milyon civarındadır.
2017-ci ildə Hesablama Palatası bu qurumda son 2 ilin (2015-2017) yoxlamasını aparıb. Nəticə etibarilə yanacaq sürtkü yağlarının, ehtiyat hissələrinin artıq silinməsi və digər neqativ hallar aşkarlanmasına baxmayaraq, heç bir cəza tədbiri görülməyib.
Paralel.az

0.014497995376587