Paytaxt restoranlarının bəzisində müştərilərdən əlavə servis haqqı tələb edilir

Paytaxt restoranlarının bəzisində müştərilərdən əlavə servis haqqı tələb edilir
 

 


Ölkə vətəndaşlarının sosial-iqtisadi problemləri çoxşaxəlidir.  Onlardan biri də ictimai-iaşə  obyektlərindəki qanunsuzluqlarla bağlıdır.
Paralel.az “Yeni Sabah”a istinadla xəbər verir ki,  paytaxt sakini Nicat Manafovdan “Tarqovu”da restoranların birində hesabdan əlavə, 10% servis haqqı tələb olunub. Şikayətçi deyir ki, servishaqqı barədə menyuda məlumat olmayıb və  restoran işçiləri bu barədə əvvəlcədən ona bildirməyiblər.  Etiraz edən N.Manafov servishaqqını ödəməkdən imtina edib və  qidanın pulunu ödəyərək restoranı tərk edib.

 O bildirib ki, son vaxtlar mərkəzdə yerləşən restoranların əksəri bu üsulla xidmət edirlər. Bəzi hallarda servishaqları 20% də olur. Apardığımız sorğu zamanı restoran işçiləri də bunu danmadılar. Dediklərinə inansaq, xidməthaqqı adı ilə yığılan pullar işçilərə çatır.
Marketinq və reklam üzrə mütəxəssis Sabit Məmmədov isə "Xəzər Xəbər"ə deyib ki, bu, dünyadan götürülən bir təcrübə olsa da, onun heç bir qanuni əsası yoxdur. Üstəlik, bəzi restoran sahibləri həmin məbləği işçilərə deyil, əlavə, restoran daxili xərclərə yönəldirlər. S.Məmmədov bildirib ki, həmin xidmət haqqı olmamalıdır, olan təqdirdə isə mütləq müştərilər məlumatlandırılmalıdır.
Mütəxəssisə görə, əvvəlcədən məlumat almayan müştərilər həmin ödənişdən imtina etmək hüququna malikdir.
Paralel.az

 

0.014297008514404